10 ən yaxşı türk dram filmi


Hekayələri və aktyorluq bacarıqlarının ən yaxşı olduğu hərbi, ailə, sevgi və s. janrlarda olan türk dram filmlərini bu yazımızda sıraladıq. 

Nefes: Vatan Sağolsun – IMDb 8,2

Film, Türkiyə-İraq sərhəddində yerləşən bir stansiyanı qoruyan komandir və onun nəzarətində olan 40 nəfər əsgərin hekayəsindən bəhs edir. Film Hakan Evrensel’in Güneydoğu’dan Öyküler kitabı əsasında çəkilmişdir. 

Evim Sensin – IMDb 5,0

Leyla yaşadığı bir ayrılığa görə həyata küskündür. Bu səbəbdən ata evinə geri dönmək məcburiyyətində qalıb. İsgəndər isə kiçik yaşlarından yetimxanada böyümüş biridir. Bu iki şəxs təsadüf nəticəsində bir-biri ilə qarşılaşacaqlar və aralarında bir eşq macərası başlayacaq. Leyla keçmişdən qalan xatirələrini İskəndərlə birlikdə silməyə çalışacaq, İskəndər isə həyatının ən gözəl günlərini Leyla ilə yaşayacaq. Lakin bu hekayənin xoşbəxt qutarmasına maneə olacaq hadisələr baş verəcək.

Mucize – IMDb: 7.6

Film, ucqar kəndlərdən birinə müəllim təyin edilən Muallim Mahi və həmin kənddə yaşayan əlil Aziz’in dram dolu hekayəsindən bəhs edir. Dram və komediya qarışıq olan bu filmin ssenarisi Mahsum Kırmızıgülə məxsusdur. 

Issız Adam – IMDb 6,8

Kitab mağazasında təsadüfən qarşılaşan Alper və Adanın həyatı bu qarşılaşmadan sonra tamamilə dəyişəcəkdir. Alper restoranların birində məşhur aşpazdır. Həyatdan heç bir gözləntisi olmayan bu adamın əsas məşğuliyyəti köhnə vallara qulaq asmaqdır. Eşq həyatı isə heç vaxt istədiyi kimi olmayıb. Ada isə yaşamağı çox sevən, sevgi və ağıl dolu bir qızdır. Uşaq kostyumları tikib satmaqla məşğuldur. Kitabxana qarşılaşmasından sonra bu iki şəxs arasında uzun müddət davam edəcək bir dram dolu həyat yaşanacaq.  

Müslüm – IMDb: 7.8

Bu film məşhur Türk müğənni Müslüm Gürsesin dram dolu həyatından bəhs edir. Filmdə Müslüm Gürsesin uşaqlığını Şahin Kendirci, gənclik dövrünü isə Timuçin Esen canlandırır. Film Müslüm Gürsesin musiqi karyerasına başladığı dövrdən, ailə həyatıda daxil olmaqla bütün maraqlı məqamları izləyicilərə göstərir. 

Babam ve Oğlum – IMDb 8,4

Dəniz, uşaq vaxtı anası ölmüş, atası bir qazetdə yazıçı işləyən qızdır. Dənizin atasından başqa heç kimi yoxdur. Bir gün atası Sadıq, Dənizə təəccüblü gələcək bir xəbər verir. Dəniz heç vaxt görmədiyi babası ilə birlikdə yaşayacağı xəbərini alır. Dəniz atası ilə birlikdə babasının yaşadığı kəndə gedərlər. Sadıq küs olduğu atasını uzun illərdən sonra ilk dəfədir görür. Dəniz heç vaxt görmədiyi bu qohumlarına yavaş-yavaş alışmağa başlayar. Lakin yaşanan bir dram hamıya təsir edəcək.

Ayla – IMDb 8,8

Filmdə, Koreya müharibəsi zamanı baş verən real hadisələrdən bəhs edilir. 1950-ci ildə müharibənin ortasında Süleyman bir koreyalı qız tapar. Qızın valideyinləri ölüb və nə edəcəyini bilmir. Süleyman ona kömək etməyə qərar verər, qızın adını Ayla qoyar. Süleyman ilə Ayla qısa müddətliyinə də olsa ata-qız kimi olarlar. Artıq geriyə, Türkiyəyə geri dönmək vaxtıdır. Lakin qanunlar onları bir-birindən ayıracaqdır. Süleyman Aylaya onu tapacağı barədə söz verər. Bəs sözünü tuta biləcək?

Eşkıya – IMDb: 8.3

Komediya filmlərindən tanıdığımız Şener Şen bu filmdə ən yaxının xəyanəti ilə 35 il müddətində azadılqdan məhrum olur. İllər sonra həpsxanadan çıxan Baran çox sevdiyi qadının, ona xəyanət edən şəxslə evləndiyini eşidir. Baranın artıq tək məqsədi var: sevdiyi qadını onun əlindən alıb qalan ömrünü xoşbəxt yaşamaqdır.

Dedemin İnsanları – IMDb: 8.0

Film Egey dənizi sahillərinə köç edib burada yaşayan  Mehmet Bəy və kiçik nəvəsi Ozan’nın dram dolu həyatından bəhs edir. 

Kaybedenler Kulübü – IMDb: 7.6

Film, iki yaxın dost olan Kaan və Mete’nin bir radyo yayımında etdikləri söhbətlərdən ibarətdir. Söhbətlərində həmişə absrud mövzular haqqında danışan dostlar həmçinin hər gün fərqli qızlarla gəzirlər. 

Dark izləyərkən gözünüzdən qaçan sirli detallar


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh