Qədim Yunanıstana məxsus bir gəmi qalıntıları, e.ə 87-ci illərdə Yunan mədəniyyətinin düşündüyümüzdən daha da inkişaf etmiş olduğu fikrini ortaya çıxaran inanılmaz bir kəşfə səbəb oldu. 131 metr uzunluğunda ticarət gəmisi olduğu ehtimal edilən bu gəmi, Krit adası yaxınlarında qəzaya uğrayıb. Gəmi 1900-cu illərdə tapılıb.
Gəmi antiq əşyalarla dolu idi və səyahətə çıxmasının səbəbi bu əşyaları bir limandan başqa limana daşımaq idi. Kiçik Asia sahillərindəki bir limandan yük götürən gəminin qalıqlarının tapıldığı yer, gəminin Adriatik dənizi və ya ona yaxın hansısa limana getdiyini göstərir.
Qədim komputer
Gəmi şərab, bürünc və mərmər heykəllər və bəzəkli şüşələr daşıyan karqo-ticarət gəmisi idi. Lakin gəmidəki yüklər arasında olan ama əslində orda olması ehtimal edilməyən başqa bir şey də var idi: Komputer. “Bir ayaqqabı qutusu formasında və ölçüsündə, taxta və metaldan ibarət bir mexaniki cihaz idi. Kimsə, bu cihazın zərər görməməsi üçün onu digər əşyalardan kənar tutmuş, sandığın içərisinə qoymuşdu”
Bəs bu dövrünün çox irəlisində olan bu cihaz nə üçün istifadə olunurdu?
Formasına və quruluşuna görə onu deyə bilərik ki, bu cihaz ulduzların yerini, vəziyyətini ölçmək və digər astronomik məqsədlər üçün istifadə olunurdu. Cihazın həmçinin dənizçilər tərəfindən naviqasyon olaraqda istifadə edildiyi təxmin edilir. Cihaz dövrü nəzərə alındıqda çox möhtəşəm idi.
Qəza qalıntılarında tapılan cihazın parçaları
Saat və dəqiqə əqrəbləri kimi əqrəblər var idi. Bu əqrəblərdən biri günəşi, biri ayı, digər beşi isə səmada aydın görünən Merkuri, Venera, Mars, Yupiter və Saturunu göstərirdi. Həmçinin cihaz ay və günəş tutlmalarının vaxtını, və ayın tarixini göstərirdi.
Şüşə butulkaya qoyulub, dənizə atılmış 132 illik məktub tapıldı
Mənbə: beyinsizler.net
Şərh