Heç vaxt açıqlana bilməyən və oxuyanların tüklərini ürpərdən sirli hadisələr

Bəzən elə hadisələr yaşanır ki, onları izah etmək bir tərəfə necə baş verməsi barədə təsəvvür belə yarada bilmirik. Bu hadisələrdə onlardan bir neçəsidir.


1966-cı ilin yanvar ayında Grant, Arnna və Jane adlı 3 uşaq gəzmək üçün dəniz sahilinə getdilər və geri dönmədilər.

Şahidlərin dediyinə görə onlar son olaraq dəniz sahilində oynayarkən görülüblər. Bir polis zabiti isə onları 15:00-da evlərinə tərəf gedərkən görüb. Ailələrinə uşaqların girov saxlanılması ilə bağlı məktublar gəlsə də bunların saxta olduğu ortaya çıxdı. Uşaqlardan heç vaxt xəbər alınmadı.

2 fevral 1959-cu ildə Rus alpinistlər Ural dağlarının ətəyində “Ölüm dağı” adlanan ərazidə sirli bir şəkildə öldülər.

Rus alpinistlərdən geriyə donmuş bədənləri, birinin qoparılmış dili və heç bir fiziki zərbə almamasına baxmayaraq qabırğa və kəllə sümüyü sınmış alpinistlər qaldı. Hadisənin necə baş verməsi hələ də izah olunmayıb.

1947-ci ilin iyun ayında Hollandiya bayraqlı bir gəmi Sumatra adası yaxınlığında həyəcan siqanlı göndərdi.

İlk siqnalda “Kapitan daxil hamı öldü” deyilirdi, ardından gələn ikinci siqnalda isə “Ölürəm” səsi eşidilirdi. Siqnalı alan yaxınlıqdakı bir gəmi köməyə getdi. Gəmi SS Ourang Medan gəmisinə yaxınlaşanda gəmidə it daxil bütün şəxsi heyyət əlləri günəşə tərəf, üzlərində qorxu ifadəsi ilə ölü olaraq tapıldı. Ardından baş verən bir partlayışla gəmi batdı. Hadisənin baş vermə səbəbi heç vaxt izah oluna bilmədi.

1 dekabr 1948-ci ildə Avstraliyanın Adelaide şəhərinin Somerton sahillərində bir cəsəd tapıldı.

Yay fəsli olmasına baxmayaraq cəsədin üzərində qalın paltarlar var idi. Həmçinin paltarların üzərində heç bir etiket yox idi. Araşdırma nəticəsində bəlli olmayan bir maddə ilə zəhərləndiyi ortaya çıxdı. Hadisəni sirli edən şey isə üstündəki paltarın gizli cibində “Tamam Shud” yazılı kağız parçasının tapılması idi. Araşdırmalar nəticəsində kağızın qoparıldığı kitab tapıldı. Bu sözün Ömər Xəyyamın bir şeirində keçdiyi müəyyən edildi. Kitabın arxasında isə bir tibb bacısının nömrəsi yazılmışdı. Tibb bacısı kitabı 2-ci Dünya Müharibəsi zamanı Alfred adlı bir zabitə verdiyini dedi. Alfred tapıldı və qəribə bir şəkildə ön səhifəsində tibb bacısının əl yazısının olduğu kitabda “Tamam Shud” hissəsinin qoparıldığı görüldü. Hadisə heç vaxt açıqlana bilmədi.

1994-cü ildə 13 yaşındakı Nicholas Barclayın yoxa çıxması barədə polisə məlumat daxil oldu

6 il sonra Nicholas olduğunu iddia edən biri ailəyə zəng etdi. Ailə oğullarının tapıldığına inandı və həmən oğlan ailənin yanına köçdü. Lakin bir dedektiv Nicholasın yoxa çıxan Nicholasdan fərqli qulaq quruluşuna malik olduğunu müəyyən etdi. Uşağın ailəni necə aldatdığı, əsil Nicholasın hara yoxa çıxdığı hələ də öz sirrini saxlayır.

Qarabasma nədir? Qarabasmanın səbəbləri? Qarabasama yaşadığınız zaman nə etməlisiniz?


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh