Ağcaqanadlar Koronavirus daşıyıcısı ola bilər?

Ağcaqanadlar dünyada ən çox insan ölümünə səbəb olan canlıdır. Bəs bir çox xəstəlik daşıyıcısı olan ağcaqanadlar koronavirus daşıyıcısı ola bilərmi?


Əksər xəstəlilərin daşıyıcısı olaraq bilinən ağcaqanadların, dərc olunan bir elmi məqalə ilə Koronavirus daşıyıcısı olmadığı təsdiq edildi. Ağcaqanadların, yaydıqları parazit xəstəliklərin əksinə virus daşıyıcıları olmadığı açıqlandı. 

Yay aylarının ən can sıxıcı tərəfi şübhəsiz ağcaqanadlardır. Ən zəif işıq da belə damarımızı tapan bu canlılar, koronavirusun aktiv olduğu bu dövrdə insanların ən çox qorxduğu canlılardan birinə çevrilib. ÜST ağcaqanadların koronavirus daşıyıcısı olmadığı ilə bağlı açıqlama verməsinə baxmayaraq, bu barədə detallı araşdırma aparılmamışdı. Keçdiyimiz günlərdə artıq bu istiqamətdə araşdırılma tamamlandı və ağcaqanadların xəstəliyin daşıyıcısı olmadığı elmi olaraq təsdiq edildi. 

Kanzas Universitetinin bu istiqamətdə apardığı araşdırma ÜST-ün ağcaqanadlar barədə olan fikrini təsdiqlədi. Bundan əvvəl ÜST rəsmiləri “ağcaqanadların koronavirus daşıyıcısı olmasından söhbət belə gedə bilməz” açıqlaması vermişdi. 

Rəsmi şəkidlə təsdiqləndi

Bu istiqamətdə Stephen Higgs və komandası tərəfilən aparılan araşdırmanın nəticələri Scientific Reports jurnalında dərc olundu. Məqalədə deyilir ki, SARS-Cov-2 virusu ən pik həddində belə ağcaqanadlar tərəfindən yayıla bilməz. Həmçinin məqələdə indiyə qədər ağcaqanad vasitəsilə virusa yoluxma halının qeydə alınmadığı qeyd olunub.

Bəs ağcaqanadlar hansı ciddi xəstəliklərin daşıyıcılarıdır

Ağcaqanadlar koronavirus daşıyıcısı olmadığına baxmayaraq başqa ciddi xəstəliklərin daşıyıcısı ola bilərlər. Ağcaqanadlar dünyada ən çox insan ölümünə səbəb olan canlıdır. Onlar maluyariya, sarı qızdırma, fil xəstəliyi kimi parazitlərin əsas daşıyıcılarıdır. Ən təhlükləli viruslardan olan HİV virusu isə ağcaqanadlar vasitəsilə yayılmır. 

Ağcaqanadların koronavirus xəstəliyini yaymadığı rəsmi olaraq təsdiqlənsədə biz özümüzü qğcaqandlardan olmasa da insanlardan qorumalıyıq. Yoluxmamaq üçün məsafə saxlamalıyıq.

Diqqət! Əgər koronavirusa yoluxmusunuzsa sizi bunlar gözləyir

Mənbə: webtekno.com


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh