Ana südünün ana və uşaq üçün faydaları: Say-say qurtarmır

Bu istiqamətdə aparılan araşdırmalar onu göstərir ki, ananın süd verməyə başlaması özü və uşağı üçün olduqca faydalıdır. Bəs ana südünün faydaları nələrdir?


Bu istiqamətdə aparılan bir çox araşdırma onu göstərir ki, ananın süd verməyə başlaması, həm özü, həm də uşağı üçün olduqca faydalıdır. Bu fayda təkcə uşağın qidalanmasından ibarət deyil. Ana südü həmçinin uşaq ölümlərinin qarşısını almaq yolunda ən effektiv metoddur.

Sadəcə 0-12 aylıq dövrdə ana südü verilməyən uşaqların sətəlcəmdən ölmək riski 15 dəfə, ishaldan ölmək riski isə 11 dəfə çoxdur. Qısaca ana südü həm ananın həm uşağın sağlam olması üçün əhəmiyyətlidir. Ana südünün faydalarına dair aşağıda sadəcə qısa məlumatlar verilmişdir:

Qısa dövr ərzində faydaları:

  • Ana südü ilə qidalanma, hazır yeməklərin hazırlanması zamanı istifadə olunan suyun çirkli olması səbəbindən yaranan xəstəlikləri azaldır.
  • Ana südü uşağın beynin böyüməsinə və inkişafında mühüm rol oynayır. Ana südü laktoza və yağlarla olduqca zəngindir.
  • Ana südü uşaq bağırsağındakı sağlam bakteriya tərkibini tənzimləyər.
  • Ana südü ilə qidalanan uşaqların qulaq iltihabı, həzm yolunun infeksiyası, sidik yolu infeksiyaları və daha bir çox xəstəliklərə yoluxma riski çox aşağıdır.
  • Ana südü uşağın rahatlaması və sakit yatması üçün vacibdir.
  • Doğum sonrası məmədən ilk süd karbonhidrat və protein baxımından olduqca zəngindir. Ana südü kimi faydalı heç bir hazır qida hazırlana bilməmişdir.
  • Ana südü antibiotik funksiyasını yerinə yetirir.

Uzunmüddətli dövr ərzində faydaları:

  • Uzunmüddət ana südü ilə qidalanan uşağın IQ səviyyəsi daha yüksək olur.
  • Ana südü uzunmüddətli dövrdə uşaqların iləri yaşlarında piylənmə riskini azaldır.
  • Ana südü uşaqlarda qida allergiyası və hepatit kimi xəstəliklərin yaranma riskini azaldır.

Süd vermənin ana üçün faydaları:

  • Süd vermək sevgi hormonuda adlandırılan oksitosin hormonunun miqdarını artıraraq ana və uşaq arasındakı sevgi bağını artırır.
  • Oksitosin hormonu doğumdan sonra qanamayı azaldır və ana rahmini doğumdan əvvəlki vəziyyətə qaytarmağa köməklik edir.
  • Məmədə süd yaranması doğum sonrası qazanılan artıq çəkinin azalmasına köməklik edir. 
  • Süd vermənin ilk 6 ayında hamilə qalma şansı böyük ölçüdə azalır. Buda ailə planlanmasına köməklik edir.
  • Süd verən ananın yumurtalıq və məmə xərçənginə yoluxma riski azalır.

Süd vermək qidadan çox daha yuxarısıdır. Süd vermək uşağın bütün potensialının inkişafı üçün olduqca əhəmiyyətlidir.  

Hamiləlikdə düzgün qidalanma: Nələrə diqqət etmək lazımdır?


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh