Artıq çəki təkcə yediyimiz qidalardan yaranır? – Xeyr. Polikistik Over sindiromu nədir?


Polikistik over sindromu daha çox 30 yaş üstü qadınlarda müşahidə edilən, hormonal pozuntulara gətirib çıxaran bir sindormdur. Yumurtalıqlarda bəzi problemlər yaradan bu narahatlıq laxtalanma pozğunluğu, artıq çəki və yüksək təzyiqə səbəb olur.

Simptomları nələrdir?

Xəstəliyin əsas simptomları aybaşı pozğunluğu, çəki alma, saç dökülməsi, dəri yağlanması, boyun, qoltuqaltı və ayağın yuxarı iç bölgələrində ləkələrin əmələ gəlməsi ilə müşahidə olunur. Xəstəlik 75 % qadında yeniyetməlik dövründə aybaşı pozuntuları ilə başlayır. Tez-tez müşahidə edilən simptomlarından biri də aybaşı prosesinin gecikməsidir. Hətta bəzi xəstələrdə uzun müddət aybaşı prosesi müşahidə edilmir. Yaratdığı bu problemlərin hər biri narahat olmağımız üçün kifayətdir.

Qarşısını alınmazsa nə baş verər?

Xəstəlik nəzarət altında saxlanılmazsa ciddi problemlərə səbəb olar. Bədənin bol miqdarda ifraz etdiyi testesteron dərinin tüklənməsini artırır və paralelində diyabet, depresiya, yüksək təzyiq, uşaqlıq xərçəngi və piylənmə ilə müşahidə olunur.

Müalicəsi

Yuxarıda göstərilənlərin müalicəsi sadəcə həkim nəzarəti, tövsiyyəsi ilə aparılmalıdır. Lakin qarşısını əvvəlcədən ala biləcəyimiz yollarda var. Bunlardan ən önəmlisi şübhəsiz diyetdir. Xəstəlik əlamətləri müşahidə olunan şəxslər diyeti artıq rutin prosedura çevirməlidirlər. Həmçinin estetik quruluşunuzdan kənar uşaqlıq yolu xətsəliklərinədə səbəb olduğu üçün ana olmayan qadınların xüsusi ilə diqqət etməsi gərəkdir.

Özünüzü qoruyun.

Bu qarışımla ev şəraitində dəri ləkələrindən asanlıqla qurtula bilərsiniz


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

2 Şərh