Artıq çəkilərinizi dərd etməyin! Bu metodlar sizə zövqünüzə görə geyinməyə kömək edəcək.


Xarici görkəm biz qadınlar üçün çox şey ifadə edir. Kişilər üçün o qədər də önəm daşımayan artıq çəki qadınlar üçün həyatın hər anında problemə çevrilir. Bu yazımızda bir neçə geyim hiyləsi ilə necə incə görünə biləcəyinizdən bəhs edəcəyik

1. Geyimlər üzərində daha çox tikiş olması bədənin daha formalı görünməsinə kömək edir. Əgər 2 hissəli geyimlər seçiriksə üst geyimin tünd rəngli olmasına diqqət etməliyik. Bədənə oturan paltarlar sizi incə göstərmək əvəzinə olduğunuzdan daha kilolu göstərə bilər.

2. Artıq çəkili qadınlar geyim seçimi edərkən cizgilərin eninə yox uzununa olmasına fikir verməlidir. Çünki eninə cizgilər sizi olduğunuzdan daha qısa və kilolu göstərə bilər. Uzununa cizgilər isə bədəninizi daha incə göstərəcək.

3. Hündürdaban ayaqqabı həmişə yaxşı çıxış yoludur. Demək olar ki, gündəlik istifadə etdiyimiz bu cür ayaqqabılar insanı daha uzun və incə göstərir. Hündürdaban ayaqqabılar bədənin ağırlıq mərkəzini dəyişdiyi üçün duruşunuza böyük təsir göstərir. Əgər uzuna cizgili geyimlərlə bu ayaqqabıları birlikdə istifadə etsəniz daha incə görünərsiniz.

4. Geyimin materialına diqqət etmək lazımdır. Kilolu qadınlar bədənə yapışmayan şifon, töküntülü parçalardan istifadə etsə daha yaxşı olar. Həmçinin parçaların üzərindəki naxışların çox iri yaxud çox xırda olmamasına diqqət etmək lazımdır.

2020-ci il dünyanın ən gözəl 10 qadını: Siyahıda 2 türk var.


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh