Avstraliyada tərsinə axan şəlalə: Möcüzə yoxsa?


şəlalə, new north walles, ters akan şelale
Təbiət hadisələri ilə dolu 2020-ci il hər gün bizi fərqli hadisələrlə təəccübləndirməyi bacarır. Bu hadisələrdən biridə Avstraliyada bəzi şəlalələrin tərsinə axmasının müşahidə olunması oldu. 

Avstraliyanın yerli xəbər agentliklərindən 7 News Sydney 10 avqust tarixində twitter səhifələrində olduqca təəccüb doğuran bir təbiət hadisəsinin görüntülərini paylaşdı. Görüntülərdə Yeni Cənubi Uels sahillərində, bir uçurumun təpəsindən tökülən şəlalə axın istiqamətində deyil, tərsinə, yəni geriyə doğru axırdı. 

Həmin görüntüləri sizə təqdim edirik:


Video kadrlarda bu möcüzəvi bir şey kimi görünsə də əslində bunun bəsit bir izahı var: Güclü fırtına.

Son günlərdə Sydney və sahil ərazilər şiddətli küləklər və qasırğalar nəticəsində dağıntılara məruz qaldı. Mütəxəssislərin açıqlamasına görə Sydneydə qeydə alınan “tərsinə axan şəlalə” bölgəsində küləyin sürəti saatda 70 km/s çatırdı. 

Sahildə əsən bu cür güclü külək az sulu bir şəlaləni geriyə itələyəcək qədər güclüdür. Havanın bu cür olması səbəbindən gələn güclü sel bəzi qəsəbələri işıqsız qoydu. Sahilə yaxın qəsəbələrdə isə külək evləri yerlə yeksan etdi. 

Bir-birindən maraqlı saytlar: Gəzərkən vaxtın necə keçdiyini hiss etməyəcəyiniz 14 sayt tövsiyyəsi

Mənbə: beyinsizler.net


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh