Aybaşı dövründə cinsi münasibətə girmək olar?


Aybaşı dövründə cinsi münasibətə girməyin zərərli olub olmadığı tez-tez cavab axtarılan suallardandır. Bu mövzu ilə bağlı çoxlu suallar və müxtəlif cavablar var. Bu suallar, Aybaşı dövründə cinsi münasibətə girmək olar? Aybaşı dövründə cinsi münasibətə girmək sonsuzluq yarada bilər? yaxud Aybaşı dövründə münasibətə girmək hamilə qalmağa səbəb olar? idi. 

Aybaşı dövründə cinsi münasibətdə olmaq şəxslərin öz fikirlərinə və istəklərinə bağlıdır. Bəzi şəxslər aybaşı dövründə cinsi münasibətə girməyin zərərli olduğunu desələrdə, digərləri bunda yalnış bir şey olmadığını deyirlər. 

Aybaşı dövründə cinsi münasibətə girmək üçün ən vacib olan şey ilk öncə qadının istəyinin olmasıdır. Çünki bu dövrdə qadınlar bədəndə baş verən hormonal dəyişikliklər səbəbindən özlərini narahat hiss edirlər. 

Ağrlı və sancılı bir dövr olduğu üçün qadınlar agresiv olurlar və xoşbəxt hiss etmirlər. Qadınların özlərinə olan inamları azalır və kişi qarşısında özlərini rahat hiss etmirlər. Ona görə də bəzən aybaşı dövründə qadınlar cinsi münasibətdən çəkinirlər. 

Lakin bəzi qadınlarda aybaşı dövründə cinsi istək artır və cinsi münasibətə girməkdən çəkinmirlər. Həmçinin kişilərdə bu fikirlərdə 2 yerə bölünürlər.

Aybaşı dövründə cinsi münasibətə girmənin zərərləri

Aybaşı dövründə cinsi münasibətin bir çox zərərləri var. Qanama yaşayan qadın özünü bu müddətdə rahat hiss etmir. Nəticədə qadında cinsi istəksizlik yaranır və cinsi istəksizlik yaşandığı bir vaxtda cinsi münasibətə girmək sağlam bir münasibət olmaz. 

Aybaşı dövründə cinsi münasibətə girmək təmizlik cəhətdən də düzgün deyil. Həkimlər bu mövzuda qadınları həmişə xəbərdar edirlər. Bu dövrdə aybaşı qanı sancılarla bərabər vagina ağzından çölə boşalır. 

Bu vəziyyətdə cinsi münasibətə girmək vajinada olan bakteriyalar və kişi cinsi orqanından gələn bakteriyalar yumurtalığa və rahimə doğru hərəkət edir. Bu sonrakı dövrlərdə müxtəlif və ciddi xəstəliklərə səbəb ola bilər. Bu həmçinin qadında deyil, kişidə də müşahidə edilə bilər. Sidik kanalına aybaşı qanından keçə bilən bakteriyalar müxtəlif infeksiyaların yaranmasına və ciddi xəstəliklərin baş verməsinə səbəb ola bilər. 

Aybaşı dövründə cinsi münasibətə girmək sonsuzluğa səbəb ola bilər?

Aybaşı dövründə cinsi münasibətə girməyin sonsuzluğa səbəb olduğunu tez-tez eşidirik. Aybaşı dövründə axan qanın pis qan, çirkli qan olduğu hesab edilir. Bu səbəblə sonsuzluğa səbəb olduğu deyilir, lakin bu yanlış məlumatdır. 

Aybaşı dövründə cinsi münasibətə girmək sonsuzluğa səbəb olmaz. Həmçinin aybaşı qanı pis qan deyil. Bu qan rahim içindəki toxumaların tökülməsi ilə yaranır və bu toxumalar normal və təmizdir.

Aybaşı dövründə cinsi münasibətə girmək hamiləliyə səbəb ola bilər?

Bu sualda cavabı çox axtarılan suallardandır. Aybaşı dövründə cinsi münasibətə girmək hamilə qalmağa səbəb olmaz. Bu dövrdə mayalanmaya hazır yumurta olmaz. Mayalnamaya hazır bir yumurta olmadığı üçün sperma yumurtalığa düşməz. Buna görə də aybaşı dövründə hamilə qalmaq mümkün deyil.

Həkimə getmədən uşağın cinsiyyətini necə öyrənmək olar? Ənənəvi metodlar


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh