Aybaşı hovuza (dənizə) girməyə əngəl deyil. Nələrə diqqət etmək lazımdır?


Aybaşı ərəfəsi biz qadınların ən həssas olduğu dönəmdir. Ağıllara gələn suallardan biri də məhz bu ərəfədə hovuza girmək olarmı?

Aybaşı ərəfəsində bədəndə PH hormon səviyyəmiz dəyişdiyindən dəniz və ya hovuz kimi suya girmək daxili infeksiyaya səbəb ola bilər. Bundan əlavə qadınları daha çox qanama narahat edir. Lakin bizi ən çox infeksiya narahat etməlidir. Qapalı məkan olan hovuzlar infeksiya baxımından çox təhlükəlidir. Ona görə də əgər aybaşı ərəfəsində suya girmək lazımdırsa, dəniz daha yaxşı seçimdir. İndi isə gəlin suya girəndə hansı vasitələrdən istifadə etməliyik ona baxaq.

1. Tampon istifadə etmək.

Suya girərkən tampon istifadə etmək ən güvənli yoldur. Çünki tampon vaginanın daxilinə yeridildiyindən suyu içinə çəkməz və qanı da xaricə buraxmaz. Həmçinin daxilə su daxil ola bilmədiyindən mikroblar da daxil ola bilmir və infeksiya riski azalır. Lakin tampon istifadəsi qızlar üçün məsləhət görülmür. Çünki bu onlarda qızlıq pərdəsinə ziyan vura bilər. Bəs başqa yol yoxdurmu? Əvvəla onu qeyd edək ki, pedlərdən istifadə etməyi unudun. Pedlər tərkib etibarilə suyu içinə çəkir. Əgər dənizə girərkən ped istifadə etsəniz, çıxanda çox pis görüntü yaranacaq. Üstəlik ped tamamilə suyu özünə çəkdiyindən qanı da xaricə buraxacaq.

2. Aybaşı günlərinin sonuna yaxın suya girmək.

Əgər tampondan istifadə edə bilmirsinizsə, onda aybaşının bitməsinə bir iki gün qalmış suya girə bilərsiniz. Bunun üçün əvvəlcədən yüngülvari yuyunub qanamaya nəzarət edin. Lakin bu yolu çox məsləhət görmürük.

Nəticədə tampon işlətsəniz belə sudan çıxan kimi dəniz geyiminizi və tamponu yenisi ilə dəyişin. Çünki bədənimizi hər hansı virusa qarşı qorumaq lazımdır. Unutmamaq lazımdır ki, soyuq dəniz suyu və daxilindəki mikronlar bədənə zərər verə bilər.

Aybaşı ərəfəsində idman və vajinal təmizlik


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh