Bir adam bel ağrısını müalicə etmək üçün spermasını qoluna vurdu


33 yaşında İrlandiyalı bir adam bel ağrısını müalicə edəcəyini ümid edərək hər ay öz spermasını iynə ilə sağ qolunda damarlara və əzələlərinə vururdu. Beləcə bu adam bel ağrısının keçəcəyini ümid edirdi. Tibbdə görülməyən bu müalicə üsuluna həkimlərdə çox təəccübləndilər.

Həkimlər, ağır bir əşya qaldırması nəticəsində yaranan bel ağrısından xəstəxanaya müraciət edən bu adamın özünə xas müalicə üsulunu öyrəndilər. Müayinə sonrası həkimlər xəstənin sağ qolunda dəri altı qızartı və kəskin infeksiyalaşma müşahidə etdilər. Rentgen sonrası xəstənin qolunda dəri altı abse yarandığını gördülər.

Sonuncu dəfə ağrı yaşadıqdan sonra dozu artırıb

Xəstə, bel ağrısı yaşaması səbəbinin öz spermasını qola vurmağından qaynaqlandığından şübhələndiyini deyib. Bir müddətdir bel ağrısından əziyyət çəkən bu şəxs öz müalicə üsulunu kəşf edib. Spermasını damardan və birbaşa əzələyə olmaqla iynə ilə vurub. 

1 il ərzində hər gün eyni dozda spermanı bədəninə vuran bu adam, son ağrısı zamanı dozanı artırıb. Bu hadisə yanvar ayı İrlandiyada bir elmi jurnalda dərc olunub. Məqaələ yazarları bu müalicə üsululunun haradan qaynaqlandığını tapmaq üçün xalq təbabətində bu cür müalicə üsulu olub-olmadığnı araşdırsalar da heç nə tapa bilməyiblər. 

Araşdırmacılar Google Scholar və digər elmi məqalələrin dərc olunduğu saytlarda detallı bir araşdırma aparıblar. Araşdırmada siçanlara və dovşanlara sperma vurulmasına dair məqalələr tapsalarda insanlar üstündə aparılan bu cür müalicə üsuluna rast gəlməyiblər. 

Spermin faydaları tibbə məlumdur. Bəzi dəri xəstəlikləri və kosmetik məqsədlər üçün spermadan istifadə olunur. Lakin hər hansı bir ağrını nəinki müalicə etmək hətta azaltmaq üçündə belə bir müalicə üsulu yoxdur. 

Xəstəyə selülit-dəridə infeksiyalanma diaqnozu qoyulub. Xəstəyə bəzi dərmanlar yazılsa da, xəstə müalicəsini saxlayaraq xəstəxanadan ayrılıb.

Diqqət: Xərçəng riskini artıran səbəblər

Mənbə: beyinsizler.net


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh