Beyin yandıran filmlər: İzləyərkən beyninizin yorulacağı 10 film


1. Eternal sunshine of the spotless mind

Film ayrıldığı sevgilisindən qalan xatirələri bir cihazın köməyi ilə sildirmək istəyən bir adamın hekayəsindən bəhs edir.

2. Shutter Island

Filmdə Teddy Daniels və Chuck Aule adlı iki polisin Zindan adasındakı ruhi xəstəxanadan qaçan Rachel adlı xəstənin axtarışına qoşulmaq üçün adaya yola düşməsindən və sonra baş verəcək sirli hadisələrdən bəhs edir.

3. The Prestige

Prestij əvvəllər dost olmuş iki sehirbazın hekayəsindən bəhs edir. Bir sehirbazlıq çıxışı zamanı onların köməkçiləri Julia ehtiyyatsızlıqdan ölür. Julianın ölümündən Robert Alferdi günahlandırır. Onların bir birindən ayrılması ilə hadisələr başlayır.

4. The Usual Suspects

San Pedroda gəmidə baş verən partlayışdan 2 nəfər sağ çıxır. Biri ağır yaralıdır, digəri isə sorğulanmaq üçün saxlanılıb. O beş cinayətkarın necə bir araya gəlməsindən, qaçırılan yük maşınından və bir türk mafiya başçısından danışır.

5. Inception

Dom Cobb yuxu görən birinin beyninin dərinliklərində olan sirlərini oxuya bilən biridir. Onun bu bacarığı cinayət dünyasının diqqətini çəkmişdir. O həmçinin axtarışda olan bir oğrudur. Cobba düşdüyü bu vəziyyətdən çıxmaq üçün bir şans verirlər. Ama işinin tam tərsi olan bir tapşırıq. Üstəsindən gələ biləcəkmi?

6. Donnie Darko

Donnie Darko 16 yaşında ola bir gəncdir. O son zamanlar bəzi həqiqi olmayan səhnələr görməyə başlayır. Xüsusilə dovşan geyimli birini. O ailəsi və dostları ilə olan həyatından ayrılıb bu sirli qonağın yolu ilə getməyi seçəcək.

7. The Game

Bütün hər şeyi olan bir adama ad günündə nə hediyyə etmək olar ki? Sadəcə izləyin.

8. Mr Nobody

2092-ci ildə ölümsüzlüyün olduğu bir zamanda son öləcək bir adam. Ölüm döşəyindəki Nemo bir peronda durduğunu xatırlayar. Qatar getməyə hazırlaşır. O anası ilə getməli yoxsa atası iləmi qalmalıdır. Bu qərar sonsuz sayda ehtimalları özü ilə gətirəcək.

9. Zodiac

Film 60-cı illərdə etdiyi 5 cinayəti jurnalistlərə göndərdiyi məktublarla və şeirlərlə zövq halına gətirən sirli bir cinayətkarın və arxasında buraxdığı həyatı məhv olan bir neçə adamın hekayəsindən bəhs edir.

10. Exam

8 namizəd bir şirkətdə işə qəbul olmaq üçün son imtahana girirlər. İçlərindən yalnız biri seçiləcək. İmtahan nəzarətçisi qaydaları izah edib otaqdan çıxır. Qabaqlarında bir vərəq və qələm olan namizədlərin sualı cavablaması üçün 80 dəqiqəsi var. Lakin bir problem var. Vərəqdə sual yoxdur.

Zamanda səyahət mövzusu işlənmiş az bilinən 10 film


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

2 Şərh