ABŞ-ın Florida ştatında “beyin yeyən amöb” virusuna rast gəlindi


ABŞ-ın Florida ştatının Hillsborough bölgəsində yaşayan bir nəfərə “beyin yeyən amöb” başqa adı ilə “Naegleria fowleri” virusu bulaşıb. Xəbəri BBC yayıb.

BBC-nin xəbərinə görə Florida Sağlıq Departamenti (DOH) xəstənin vəziyyəti haqqında heç bir məlumat verməyib.

Beyin yeyən amöb virusuna yoluxan şəxslərdə yüksək qızdırma, ürək bulantısı, boyun tutulması kimi əlamətlər müşahidə olunur.

Amöb bu yolla keçir

Beyin infeksiyasına yol açan virus insana burun vasitəsilə keçir. Florida Sağlıq Departamenti Hillsborough sakinlərinə virusun ölümcül olmasını nəzərə alaraq su kranından gələn çiy suyu içməmələri, yaxınlıqdakı göl, kanal və digər su hövzələri ilə burun təmasında olmamaları xəbərdarlığını edib.

Daha çox göl, kanal kimi su hövzələrində olan bu virusun insandan insana keçmə təhlükəsi yoxdur.

ABŞ-da son 10 ildə bu nadir görünən virusa 34 yoluxma qeydə alınıb. Yoluxmaların hamısı çirkli su istifadəsi nəticəsində baş verib.

Ağcaqanadlar Koronavirus daşıyıcısı ola bilər?


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh