Karantin günlərində sıxılmadan 1 gündə bitirə biləcəyiniz maraqlı dizilər


“Black Mirror”

Toplamda 5 sezondan və cəmi 15 bölümdən ibarət olan bu dizinin hər bölümündə fərqli hekayələrdən bəhs edilir. Maraqlısı isə ondadır ki, dizinin bölümlərinin bir-biri ilə əlaqəsi yoxdur və hər bölüm fərqli senarist tərəfindən yazılıb və fərqli aktyorlar ilə oynanılıb. Dizinin hekayəsi müasir texnologiyanın insan həyatında tutduğu yeri və onun psixoloji təsirlərini dramatik bir şəkildə bizə nümayiş etdirir.

“Dark”

Dizidəki hekayə Almanyanın Winden adlı bir qəsəbəsində keçir. Jonasın atasının intiharından qısa zaman sonra qəsəbədə qəribə bir şəkildə insanlar yoxa çıxmağa başlayır. Ailələrinən meşəyə qaçıb əylənmək istəyən gənclərə qoşulan balaca Mikkelində yoxa çıxması ilə işlər daha da qarışacaq.

“Sherlock”

Müasir bir Sherlock Holmes hekayəsi. Dəyişməyən şeylər Baker Street 221 ünvanında yaşaması, dostu Doktor Watson, düşmanı Moriarty olması və hekayələrin Londonda keçməsidir. Dəyişən şeylər isə mobil telefonlar, noutbuklar, blog yazıları, maillərdir.

“The OA”

Gözləri görməyən bir qadın yoxa çıxmasından 7 il sonra gözləri düzəlmiş bir şəkildə geri dönür və bir məqsədi var. Bu məqsədini yerinə yetirmək üçün 5 nəfərdən ibarət bir dəstə qurar.

“Big little lies”

Uşaqları 1-ci sinifə yeni başlayan və mükəmməl bir həyatları olan 3 ana bir anda bir cinayətdən şübhəli kimi sorğuya alınırlar. Bundan sonrakı hadisələr isə çox maraqlıdır.

Ömür boyu pulsuz Netflix qazana biləcəyiniz oyun: Old Guard Game

 

 

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh