Bir qadın orta əsrlərdə insanların ağlını itirməsinə səbəb olan st Anthony xəstəliyinə yoluxub


Bir tibb jurnalında yer alan xəbərə görə, 24 yaşında bir qadın, orta əsrlərdə müşahidə edilən St Anthony qızdırması xəstəliyinə yoluxub. Uğurlu müalicə dövrü keçən qadının, həyatını xilas etmək mümkün olub.

St Anthony qızdırması

Massachusetts Tibb Vəqfinin hər həftə dərc etdiyi  “The New England Journal of Medicine” son nəşrində maraqlı bir yazı yer alıb. Jurnalda dərc olunan yazıda 24 yaşındakı bir qadının, daha çox orta əsrlərdə görülən “St Anthony qızdırması” olaraq bilinən bir xəstəliyə yoluxub. 

Hər şey qadının ayaqlarında “yanma hissinin” yaşaması ilə başlayır. Ayaq barmaqlarından femur sümüyünə qədər yaranan yanma hissinə görə həkimə müraciət edən qadında, müayinə edildikdən sonra ayaqlarında rəngsizləşmə olduğu və normaldan çox soyuq olduğu müəyyən edildi. 

Dərhal müalicəsinə başlayan qadının ayaqlarına qan aparan damarlarda nəbz olmadığı müəyyən edildi. Vəziyyətin ciddiliyini müəyyən edən həkimlər, heparin müalicəsinə başladılar. Heparin müalicəsi öz təsrini göstərmiş və qadının ayaqlarında ağrı azalmışdı. Bu müalicə nəticəsində xəstənin ayaqlarında isinmə müəyyən edilsə də, barmaqları qanqren olduğuna görə kəsilmək məcburiyyətində qalıb. 

Ergotizm xəstəliyi

Həkimlər xəstəliyi dahada araşdıraraq bunun bir St Anthony qızdırması olduğunu müəyyən ediblər. Orta əsrlərdə Avropanı cənginə alan bu xəstəlik uzun illərdir müşahidə edilməmişdi. Bu səbəbdən həkimlər xəstəni daha da diqqət mərkəzində saxladılar. 

St Anthony qızdırmasına səbəb olan şey, ergotizm olaraq da bilinən bir növ zəhərlənmədir. Ergotizmin çovdar vasitəsilə insana keçə biləcəyi məlumdur.

Ergotizm, qan damarlarında daralma, dərinin soyulması və epilepsiyaya səbəb olur. Bu xəstəlik nəticəsində yaranan St Anthony qızdırması 14-17-ci əsrlərdə Avropada çoxlu insanın ölümünə səbəb olmuşdu. Hətta bu xəstəlik səbəbilə xəstələr ağıllarınıda itirmişdir. 

Bir adam bel ağrısını müalicə etmək üçün spermasını qoluna vurdu

Mənbə: webtekno.com


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh