Bu proqramı telefonunuzdan silin: Kart məlumatlarınız oğurlanır

Bu proqramı təcili telefonunuzdan silin. Məlumatlarınız təhlükədədir.


Android əməliyyat sistemi olan telefonlarda kəşf edilən bir proqram sizin kart məlumatlarınızı və şifrənizi oğurlayaraq xakerlərlə göndərir. Proqram ümumi olaraq 337 proqramın içinə daxil olaraq bütün şəxsi məlumatlarınızı oğurlayır.

Son günlərdə xaker hücumlarının sayının artdığı bir vaxtda mobil telefonlarımızın və internetə qoşulan digər cihazlarımızın təhlükəsiliyini təşkil etmək daha əhəmiyyətli bir məsələyə çevrilib. Heç bir sistem təhlükəsiz deyil. Antivurs proqramlarına etibar etsəkdə hər proqramın zəif nöqtəsi var. Xakerlərdə bu zəif nöqtələri taparaq şəxsi məlumatlarımızı oğurlayır, bəzi məlumatlarımızı bu qarşılığında bizə yenidən satmağı təklif edirlər. 

Android əməliyyat sistemi uzun müddət təhlükəsizliyin zəif olması səbəbindən istifadəçilərin daima tənqidinə məruz qalırdı. Son zamanlar bu təhlüksəzilik tədbirləri gücləndirilsə də təəssüf ki, bir proqram telefonumuza sızaraq milyonlarla istifadəçinin şəxsi məlumatlarını oğurlayıb.

BlackRock

BlackRock adlı bu proqram ilk dəfə ThreatFabric tərəfindən müəyyən edildi. Proqramın Gmail, Play Store, Netflix və Whatsapp kimi 337 proqrama daxil olaraq bizə məxsus şifrələri, kart məlumatlarını oğurlayır. Həmçinin proqram android istifadəçisinə spam mesajlar göndərərək telefonu bloklaya bilir. 

Aparılan araşdırmaya görə BlackRock AVG, Avast, BitDefender, Eset, Trend Micro, Kaspersky və McAfee kimi antivirus proqramlarına yaxalanmadan bu əməliyyatları həyata keçirir. 

Proqram android ekranında saxta ekran yaradaraq istifadəçilərin bu ekranda işləməsinə səbəb olur. Özü isə arxa fonda sizin məlumatları ələ keçirir. Proqramın aşkar edilməsindən sonra proqramın nə qədər müddət işləyəcəyi barədə Google tərəfindən hələki cavab gəlməyib.

İstifadəçilərinə şad xəbər: Facebook Messengere ekran paylaşımı funksiyası gəldi


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh