Bu VPN proqramlarını dərhal silin: Ən təhlükəli 10 VPN


vpn

VPN ölkəmizdə internetə məhdudiyyətlərin qoyulduğu bir zamanda ən çox istifadə olunan proqramlardan biridir. İstifadəsi nə qədər tövsiyyə edilməsə də əksər insan müxtəlif VPN proqramlarından istifadə edərək internetə qoşulurlar. Ötən yazımızda Ən təhlükəsiz 5 VPN proqramı hansıdır? mövzusuna toxunmuşduq. Bəs ən təhlükəli VPN proqramları hansılardır? Gəlin bu barədə danışaq.

Xüsusilə pulsuz istifadə təklif edən VPN proqramları bizim məlumatlarımızı toplayır ki, bu icazəni də həmin proqramı telefona yükləyəndə özümüz veririk. Həmin məlumatlar bizim əleyhimizə istifadə oluna yaxud 3-cü tərəfə satıla bilər. Buda şəxsi təhlükəsizliyimizi risk altına atır. 

VPNPro tərəfindən aparılan bir araşdırmada Google Play Store də mövcud olan və çox yüklənən 10 VPN proqramında ciddi təhlükələr aşkar edildi. Ən maraqlısı və ciddi məsələ isə bu proqramların 100 milyondan çox yüklənməsidir. 

VPNPro’dan Jan Youngren adlı tədqiqatçının sözlərinə görə bu VPN proqramlarındakı zəif nöqtələr vasitəsilə xakerlər həmin VPN proqramını yükləyən istifadəçinin mobil telefonunda etdiyi bütün əməliyyatları rahatlıqla izləyə bilirlər. VPN proqramları əslində sizin anonimliyinizin qorunmalı və məlumatlarınızın təhlükəsizliyini təmin etməlidir. Amma bu proqramlar tam tərsini edirlər. 

Tədqiqatçıların sözlərinə görə bu proqramları 105 milyondan artıq şəxs istifadə edir. Bu o deməkdir ki 105 milyon şəxsin bank məlumatları xakerlərin əlində ola bilər. Tövsiyyə olunur ki, bu VPN proqramlarını dərhal siləsiniz. Həmçinin təhlükəsiz hesab etdiyiniz VPN proqramlarını araşdırmadan istifadə etməməyinizdə məsləhət görülür.

Həmin 10 ən təhlükəli VPN proqramı aşağıdakılardır:
  • SuperVPN Free VPN Client
  • TapVPN Free VPN                           
  • Best Ultimate VPN – Fastest Secure Unilimited VPN
  • Korea VPN – Plugin for OpenVPN
  • Wuma VPN-PRO(Fast & Unlimited & Security)
  • VPN Unblocker Free unlimited Best Anonymous Secure
  • VPN Download: Top, Quick & Unblock Sites
  • Super VPN 2019 USA – Free VPN, Unblock Proxy VPN
  • Secure VPN-Fast VPN Free & Unlimited VPn
  • Power VPN Free VPN

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh