Qadınlar yaşlandıqca əkiz doğma ehtimalı artır
Qərbi Avstraliya universitetlərinin araşdırmalarına görə qadınlarda yaş 30 yaşı aşdıqdan sonra əkiz dünyaya gətirmək ehtimalı artır.
Dosent Tomkins apardığı araşdırmalara əsasən belə bir tezis irəli sürmüşdür. Onun araşdırmalarına görə yaş artdıqca qadınlarda aybaşı ərəfəsində hər iki yumurtalıqla yumurtlama ehtimalının daha yüksək olduğu göstərilmişdir.
Bir çox ölkələrdə müşahidə edilmişdir ki, qadınlar həyatlarını qurmaq və karyeralarında irəliləyə bilmək üçün uşaq dünyaya gətirməyi ertələyir. Belə olduqda isə son 10 ildə dünyaya gələn əkizlərin sayında artış müşahidə edilmişdir.
Dosent Tomkins ABŞ-da DePauw Universitetindən və London Gigiyena Universitetindən bir sıra tədqiqatçılarla birlikdə bir çox simulyasiyalar aparmışlar və nəticədə bu fərziyyələri irəli sürmüşlər. Qadınlar öz çoxalma dönəmlərinin sonuna yaxın hər iki yumurtalıqda yumurtlama ehtimalı yüksək olmuşdur. Lakin bunların çox az qismi hamiləliklə nəticələnmişdir.
Nəticə etibarilə dosent Tomkinsin irəli sürdüyü fərziyyə belədir. ” Qadınlar doğum yaşını ertələdikcə əkiz doğma ehtimalları daha da artır.”
0 Şərh