Cinsi münasibət olmadan evlilik mümkündür? Problemlər və həll yolları

Cinsi münasibət həyatımızda mühüm yer tutur. O nəinki evlilər hətta subaylar üçün də əvəzedilməz bir şeydir. Cinsi münasibəti həyatımızdan çıxarmaq, sağlıq problemləri xaricində demək olar ki, mümkünsüzdür.


Cinsi münasibət həyatımızda mühüm yer tutur. O nəinki evlilər hətta subaylar üçün də əvəzedilməz bir şeydir. Cinsi münasibəti həyatımızdan çıxarmaq, sağlıq problemləri xaricində demək olar ki, mümkünsüzdür. Normal cinsi həyatları olmayan cütlüklərdə bu məsələ ciddi problemə çevrilə bilər. Ona görə də bu problem haqqında ətraflı danışmaq lazımdır.

Evlilikdə cinsi münasibət olmasa nə baş verər?

Evlilik xüsusilə sevgi əsasında qurulan bir bağdır. Lakin bioloji ehtiyyacdan doğan cinsi münasibət də evliliyin əsas prinsiplərindən biridir. Bədəndən ifraz olunan bəzi hormonlar müntəzəm olaraq  cinsi münasibətdə olmağı vacib edir. Bu da evli cütlükləri bir-birinə daha da yaxınlaşdırar, sevgi bağlarını daha da gücləndirər və uşaq sahibi olmaq üçün şərait yaradar.

Əgər cinsi münasibət olmazsa evlilik bəsitləşər və cütlüklər arasında soyuqluq yaranar. Həyat yoldaşınızın sizin üçün digər insanlardan bir fərqi qalmaz. Amma qarşı tərəfdə olan xəstəlik və s. problemləri bu soyuqluğun yaranması səbəbinə aid etmək olmaz. Ümumi olaraq evlilikdə cinsi münasibəti daima canlı tutmaq lazımdır.

Cinsi münasibət olmazsa evlilik davam edə bilər?

Bəzi cütlüklərdə sevgi bağlarının güclü olması evliliyin rəsmi olaraq sonlanmasının qarşısını alsa da, bu sadəcə formal olaraq davam edən evlilik olacaq. Yaş aralığı nəzərə alındığında bəlli bir yaşdan yuxarı olan cütlüklərdə cinsi həyat normal olaraq yavaş-yavaş bitsə də, gənc cütlüklərdə cinsi həyatın olması mütləqdir.

Cinsi həyatı olmayan kişi özünü boşluqda hiss edər və cinsi ehtiyacını fərqli yollarla ödəməyə çalışar. Bu vəziyyətdə ailədə yalanlar danışılmağa başlanar və evlilik deyə bir şey qalmaz.

Evlilikdə cinsi münasibətin olmama səbəbləri nələrdir?

Bəzi yeni qurulan ailələrdə cinsi münasibət ilk gündən problemli ola bilər. Bəzi qadınlarda Vaginizm (ilk gecə qorxusu) problemi onların ilk gündən cinsi münasibətdən çəkinməsinə səbəb olur. Toplumda gələn basqı, ailə tərbiyyəsi və s. səbəblərdən qadınlar cinsi münasibətə utanılacaq bir şey kimi baxırlar. Bu səbəbdən onlar öz həyat yoldaşlarından da çəkinərək problemini kimsə ilə bölüşə bilmirlər.

Bəzi hallarda isə cinsi münasibət evliliyin sonrakı mərhələlərində qurtara bilər. Səbəb kimi isə cütlüklərin bir-biri ilə yola gedə bilməməsi, həyat yoldaşın ailəsi ilə bir yerdə yaşamaq məcburiyyəti və s. Amma heç bir səbəb evliliyi qutarmağa gətirib çıxarmamalıdır. Cütlüklər bir-birləri ilə danışaraq yaxud ortaq psixoloq köməyi ilə bu problemi həll etməlidirlər. Xüsusi ilə uşaqlı cütlüklərdə boşanma ən son mərhələ olmalıdır. Evlilklərini qurtarmaq üçün hər iki tərəf səy göstərməli, cinsi həyatlarını normala salmalı, bir-birini dinləməyi bacarmalıdır.

Cinsi problemlərin həlli yolları

Cinsi problemlərin başında qeyd etdiyimiz kimi vaginizim gəlir. Digər problemlər isə erkən boşalma və s. kimi ola bilər. Bunların hər birinin həlli yolların olduğunu bilməlisiniz. Problemin sağlıq problemi yoxsa psixolojik problem olduğunu müəyyən etdikdən sonra həkim məsləhəti, psixoloq seansları ilə bu problemlərin öhdəsindən gələ bilərsiniz. Və ən əsası bunu birgə etməlisiniz.

Cinsi münasibət müddəti necə olmalıdır?

Əslində bunun bir məhdudiiyəti yoxdur. Mütəxəssislərin dediyinə görə bu həftədə 2-3 dəfə olmalıdır. Lakin hər iki tərəf istəyirsə buna məhdudiyyət yoxdur. Əgər problem hamilə qalmaqdırsa bunun qarşısını müxtəlif qorunma yolları ilə ala bilərsiniz.

Həmçinin bax: Erkən boşalma problemi və həlli yolları:


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh