Cinsi münasibət zamanı vazelin istifadə etmək olar? – Detaylı cavab

Cinsi münasibət evli fərdlərin günlük həyatının önəmli bir parçasıdır. İnsan biyoloji quruluşu səbəbi ilə cinsi münasibətə daima ehtiyac duyur. Lakin bəzi hallarda cinsi münasibət zamanı tərəflərin şikayətləndikləri vəziyyətlərdə olur.


Cinsi münasibət evli fərdlərin günlük həyatının önəmli bir parçasıdır. İnsan biyoloji quruluşu səbəbi ilə cinsi münasibətə daima ehtiyac duyur. Lakin bəzi hallarda cinsi münasibət zamanı tərəflərin şikayətləndikləri vəziyyətlərdə olur. Bu şikayətlərdən biri də quruluqdur. Cütlüklər quruluq problemini həll etmək üçün ən çox vazelindən istifadə edirlər. Bəs vazelin istifadəsi düzgündür? Alternatiflər var?

Vazelin istifadəsi

Yumuşadıcı krem olan vazelin dəri quruluqlarında, yaralarda istifadə olunan bir kremdir. Lakin onun sürüşkən tərkibli olmasına görə cinsi münasibət zamanıda çox istifadə olunur. Lakin tibbi cəhətdən vazelinin bu cür məqsədlə istifadə olunması rəsmi olaraq təsdiqlənməyib. Bilmək lazımdır ki, vazelin istifadəsi bəzən vajinada infeksiyaya yoluxma həssaslığını artırır. Yəni qısaca cinsi münasibətdə tək faydalı olduğu məqam sürüşkən olmağıdır.

Alternativlər

Vazelin istifadəsinin cinsi münasibətdə istifadəsinin doğru olmadığını qeyd etdik. Bəs alternativ kimi hansı məhsullardan istifadə edə bilərik? Vazelin əvəzində istifadə edə biləcəyimiz alternativlərdən biri uşaq yağlarıdır. Uşaqlar üçün hazırlanması səbəbi ilə daha həssas tərkibə malikdir və istifadəsi vazelinə görə daha məsləhətlidir. Lakin uşaq yağlarıda 100 % təhlükəsizdir demək olmaz.

Cinsi quruluğa həll yolu kimi apteklərdə satılan və bu məqsədlər üçün istehsal edilən məhsulları tövsiyyə edə bilərik. Xüsusi ilə doğumdan sonra vajinada yaranan quruluq cinsi münasibət zamanı qadınlarda ağrıların yaranmasına səbəb olduğundan və doğum sonrası qadınlarda bədənin zəif düşməsi ilə birlikdə infeksiyalara yoluxma riskinin çox olması səbəbindən vazelin ve bunun kimi kremlər əvəzinə apteklərdə satılan cinsi quruluq əleyhinə vasitələrdən istifadə olunması tövsiyyə olunur.

Cinsi münasibət zamanı öpüşmənin əhəmiyyəti: Ürəyə gedən yol dodaqdan keçir


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh