Cinsi münasibətin faydaları

Cinsi münasibət zövq hissəsi müzakirə olunmazdır. Lakin birdə sağlıq tərəfindən baxaq.


İdman

İdman günlük həyatımızda sağlam olmaq üçün məşğul ola biləcəyimiz ən vacib fəaliyyətlərdən biridir. Aktiv cinsi münasibət idmanla məşğul olmağın bir növüdür deyə bilərik. Çünki cinsi münasibət zamanı çoxlu miqdarda kalori itiririk. Təbii ki, idmanı buraxıb idman ehtiyacını cinsi münasibətlə ödəmək də düzgün deyil. Hər ikisi ilə müntəzəm məşğul olmaq sağlığınız üçün vacibdir.

Ürək sağlığı

Müntəzəm cinsi həyat cütlüklər arasında sevgini daha da artırır. Araşdırmalara görə müntəzəm münasibətdə olan cütlüklərin ürək sağlığı digərləri ilə müqayisədə daha yaxşıdır. Münasibət zamanı qanın hərəkəti sürətlənir və damarlar genişlənir, ürək döyüntüsü artır. Qanın sürətlənməsi ilə birlikdə ürəyə daha çox qan axır. Araşdırmada həftədə ən azı 3 dəfə cinsi münasibətdə olmağın infakt riskini azaltdığı müəyyən olunmuşdur.

Stressiz həyat

Stres bütün xəstəliklərin əsas yaranma səbəblərindən biridir. Müntəzəm cinsi həyat stresi də ciddi mənada azaldır və ruh sağlığına müsbət təsir edir. Münasibət zamanı yaranan hormonlar bizi xoşbəxt edir və stresimizi azaldır. Lakin cinsi münasibət hər iki tərəfin istəyi ilə olduqda daha sağlıqlıdır. Bəzi cütlüklər hamilə qalmaq qorxusu ilə cinsi münasibət zamanı stres yaşayırlar. Bu sağlıqlı bir münasibət deyil. Tövsiyyə olunur ki, stresi oratdan götürmək üçün qorunmaq yaxud həkimin tövsiyyə etdiyi metodlardan istifadə etmək lazımdır.

Təbii ağrı kəsici

Münasibət zamanı ifraz olunan endorfin hormonu bədəndəki ağrı hissini azaldır. Xüsusilə cinsi münasibət baş ağrısı üçün təbii ağrı kəsicidir. Müntəzəm cinsi həyatları olan cütlüklərdə endorfin hormonunun miqdarının çox olması uzunmüddətdə ağrıların azalmasına səbəb olur.

İmmun sisteminə təsiri

İnsan nə qədər üzgün və stresli olarsa immun sistemidə zəif düşər və xəstəliklərə qarşı müqavimətsiz olarsınız. Lakin müntəzəm cinsi həyatları olan cütlüklərdə xoşbəxtlik hormonunun artması bir növü immun sisteminin güclənməsinədə gətirib çıxarır.

Prostat xəstəlikləri

Kişilər cinsi münasibəti sağlıqdan çox zövq aldıqları üçün vacib hesab edirlər. Amma cinsi həyatın insan həyatına təsiri təkcə zövqdən ibarət deyil. Araşdırmalara görə müntəzəm və normal cinsi həyatları olan kişilərdə prostat xərçəngi riski azalır.

Cinsi münasibət zamanı öpüşmənin əhəmiyyəti: Ürəyə gedən yol dodaqdan keçir


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh