Cinsi yolla keçən xəstəliklər: Simptomlar nələrdir?


Dünyada hər il 500 milyon insanda cinsi yolla keçən xəstəliklər müşahidə edilir. Lakin əksər xəstələr bu xəstəlikləri müalicə etmək üçün həkimə müraciət etməkdən çəkinirlər. Bu xəstəliklər ya təsadüfi verilən bir qan analizi nəticəsində ya da fəsadları ortalığa çıxdığında bilinir. Lakin bu bəzən müalicə üçün gec ola, xronki xəstəliyə çevrilə hətta ölümə gətirib çıxarar.

Cinsi yolla keçən xəstəliklər hansılardır?

Dünya üzərində ən çox müşahidə edilən və tam müalicə olunmayan xəstəliklər Siflis, bel soyuqluğu, HİV və onun müalicə olunmayan son mərhələsi AİDS-dir.

Siflis nədir? Simptomlar hansılardır?

Siflis cinsi yolla keçən bir xəstəlikdir. Siflis 4 mərhələli bir xəstəlikdir.

  • İlk mərhələsi 10-90 gün arasında müşahidə edilən bir xəstəlikdir. Əsas əlamətləri cinsi bölgədə yaraların yaranmasıdır. Yaralar bir neçə həftəyə sağlsada bəzən sonra yenidən yarana bilər.
  • Xəstəliyin 2-ci mərhələsində qadınların vulva bölgəsində kişilərdə isə xaya bölgəsində ziyillər yaranır. Bu dönəmdə baş ağrısı və oynaq ağrıları müşahidə edilir
  • 3-cü mərhələ hər hansı bir simptomla özünü göstərməsə də, 4-cü mərhələ qaraciyər, ürək, sümük və dəri toxumalarına təsir etməyə başlayır. Siflis tez müəyyən edilsə 2 aylıq müalicə ilə sağalmaq olar. Lakin vaxtından gec müşahidə edilsə 2 ilə yaxın müalicə almaq lazımdır.

Bel soyuqluğu nədir? Əlamətləri.

Həm qadınlarda həm kişilərdə müşahidə edilən xəstəlik ilk həftələrdən görünməyə başlayır. Xəstəliyin əlamətləri idrar yollarından çirk gəlməsi və sidiyə getmə zamanı sidik kanallarında ağrıların olmasıdır. Vaxtında həkimə müraciət etdikdə 7-10 günlük bir müalicə ilə sağalmaq olar.

HİV nədir?

HİV qorunmadan cinsi münasibətdə olmaq yaxud təkrar istifadə edilən iynə uclarından keçən bir xəstəlikdir. HİV daşıyıcısı olmaq AİDS-ə yoluxmaq mənasına gəlmir. HİV-ə yoluxduqdan sonra bədənin immun sistemi müqavimətini tamamilə öldürür və bədənimiz xərçəng kimi ciddi xəstəliklərə qarşı müqavimətsiz olur. İndiki zamanda HİV virusunun vaxtında müəyyən edilməsi nəticəsində onun AİDS mərhələsinə girmədən müalicə etmək olar.

HİV daşıyıcısın olduğu mühitdə oturmaq, eyni havadan tənəffüs etmək, öpüşmək xəstəliyi insandan insana keçirmir. HİV yuxarıda da qeyd etdiyimiz kimi yalnız cinsi yolla və təkrar iynə uclarından istifadə zamanı keçə bilər.

AİDS nədir?

HİV-dən fərqli olaraq AİDS-in tam müalicəsi yoxdur. AİDS ömür boyu müalicə tələb edən bir xəstəlikdir. AİDS xəstəliyinin əsas simptomları ilk mərhələdə qrip xəstəliyi ilə eyni simptomlara malikdir. Lakin sonra heç bir simptom müşahidə edilmədən 5-10 il ərzində bütün bədənə yayılır və immun sistemini məhv edir. HİV xəstəliyi kimi cinsi yolla və təkrar istifadə olunan iynə ucları ilə keçən bu xəstəlik inkişaf dövründə birdən-bir çəki itirilməsi, dəridə çatların yaranması, dəri tökülməsi, yüksək qızdırma, uzun müddət davam edən boğaz ağrıları ilə müşahidə edilir.

Bütün sadalanan xəstəliklərdən qorunmanın tək yolu var. Başqa insanlarla münasibətdə olmamaq yaxud münasibət zamanı qoruyuculardan istifadə etmək.

Özünüzü qoruyun. Sağlığınızı 10 dəqiqəlik zövqlərinizə qurban verməyin.

Cinsi münasibət olmadan evlilik mümkündür? Problemlər və həll yolları


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh