Evdən çıxa bilməyən sevgililər diqqət: Online şəkildə oynaya biləcəyiniz ən yaxşı oyunlar

Bir münasibəti daha da dəyərli edən şey birlikdə keçirilən vaxtdır. Tövsiyyə edəcəyimiz bu oyunlarla sevgilinizlə yaxşı vaxt keçirə bilərsiniz.


Bir münasibəti daha da dəyərli edən şey birlikdə keçirilən vaxtdır. Bu günlərdə evdən çıxmaq problemə çevrilib. Bir-biri ilə vaxt keçirmək istəyən sevgililər ayrı qaldıqları üçün darıxırlar. Bu mobil oyunlarla siz birlikdə yaxşı vaxt keçirə bilərsiniz. 

Portal 2

Portal 2 yaradıcılığınızı sübut edəcəyiniz bir oyundur. Oyunun əsas şərti öz komandanızı qurmaqdır. Sevgiliniz ən yaxşı komanda yoldaşınız ola bilər.

Overcooked

Yemək bişirməyi sevirsənsə bu oyun sizin üçündür. Hələ-hələ sevgilinizlə mətbəxə girməyi arzu edirsənsə online şəkildə birlikdə yemək bişirə bilərsiniz. Vaxta qarşı oynamaq isə sizi həyəcanlandıracaq. 

Tricky Towers

Tetrisin fərqli versiyası deyə bilərik bu oyuna. Oyunun məqsədi bir qala quraraq finish’ə hamıdan tez çatmaqdır. Dörd nəfərlə oynanıldığı üçün sevgiliniz ən gözəl seçim ola bilər.

Critter Crunch

Critter Crunch asılılıq yaradan olduqca bəsit bir oyundur. Əvvəlcə sıxıcı kimi gəlsə də, oyun davam etdikcə əyləncəyə çevrilir. Oyunun ən gözəl xüsusiyyəti həm dostlarla oynanıla bilən həm də mobil və komputer versiyasının olmasıdır. 

Overwatch

Fərqli oyun zövqləri olanların belə bəyənə biləcəyi bir oyundur. Sevgilinizlə çox zövq alacaqsınız.

Super Mario 3D World

Hapının uşaqlığında sevdiyi oyun olan Mario, həm də 3D versiyada. Gözəl qrafikləri ilə bu oyun sevgilinizlə oynadığınız zaman olduqca əyləncəli olacaqdır.

Halo

Halo 5 xaricində Halo 5-in bütün versiyalarında ekran paylaşmaq xüsusiyyəti var. Xüsusilə FPS sevənlər üçün çox əla seçimdir. 

Lego Dimensions

Əgər Play Station, XBOX tərzi oyun konsolları istifadə edirsəniz bu oyun axtardığınz oyun ola bilər. Bulmacalar həll etmək, şifrələri açmaq kimi oyunlar xoşunuza gəlirsə sevgilinizlə birlikdə bu maraqlı missiyaları birlikdə keçə bilərsiniz.

Diablo 2/3

Diablonun köhnə versiyası xoşuna gəlməyə bilər. Lakin son versiyaları çox maraqlıdır. Zindan içərisində müxtəlif canavarlarla dalaşacaqsınız. Kömək axtarırsınızsa sevgilinizidə oyuna dəvət edin.

Lovers in a Dangerous Spacetime

Kainata sevgi yaymaqdan gözəl nə ola bilər. Bir hadisə sonrası sevgini məhv etmək istəyən qüvvələr hücuma keçər və siz kosmik gəminizlə onlarla mübarizəyə başlayacaqsınız. Bu oyun birliktə oynamaq üçün ən gözəl seçimlərdən biridir.

 

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

2 Şərh