Dark izləyərkən gözünüzdən qaçan sirli detallar: Yaşanacaqlar ilk sezondakı ipuclarında gizli imiş


 

Dark Netflix səs gətirən dizilərindən biridir. Daha 1-ci sezondan son sezona ipucları verən dizinin hər bölümünü izlədikcə təəccüblənməmək mümkün deyil. Lakin Darkda gördüklərimizdən başqa görmədiyimiz çoxlu səhnə var. 

Dark çəkildiyi 3 il ərzində özünə çox izləyici kütləsi toplamağı bacardı. Təkcə Darkı izləmək üçün Netflix abunəsi olanlarda var. 2-ci sezonda yaşanan qəribə hadisələri, zamanda səyahəti, soluxcan dəlikləri və paralel dünyalar haqqında səhnələr 3-cü sezonda öz izahını taparkən, əslində Dark 1-ci sezondan etibarən yaşanacaqlar barədə izləyicilərə ipucları verir. O ipucları hansılardır? 

Birinci sezonun girişindəki “ayna” effektləri

Sonuncu sezonda öyrəndik ki, Darkın yaşandığı dünyaya əslində paralel bir neçə dünya var. Xüsusilə Jonas’ın və Martha’nın dünyası olaraq ayrılan bu dünyalar bir-birinin aynada yansıyan əksi kimidir. Dizidə hadisələrin paralel dünyalarda baş verdiyi daha daha 1-ci sezondan işarət edilmişdir.

Ulrich’in birinci bölümdə “qiyamət” üstünə etdiyi zarafat

Birinci sezonun birinci bölümündə Ulrich, Hannah ilə birlikdə olduğu üçün evə gec gəldikdən sonra həyat yoldaşı Katharina’ya “qiyamət” barədə zarafat edər. Bununlada atom elektrik stansiyasında baş verəcək hadisə daha ilk bölümdə izləyiciyə işarət edilir.

Nielsen ailəsinin mətbəxində olan sirli şəkillər

Katharina Ulrich’in kazağını iyləyib biri ilə münasibəti olduğuna şübhələndikdən sonra kamera qısa müddətliyinə Katharina’nın arxasındakı divara yaxınlaşır. Müxtəlif şəkillər olan divarın sağ tərəfində bir labirənt şəkli, sol tərəfdə isə üstündə “Helge” yazan bir bilet görünür.

Marthanın ilk sezonda yaşadığı “deja vu” 3-cü sezona bir işarət edir

Jonas və Martha meşədə görüşdükdən sonra Martha, bir deja vu yaşayar. Deja vunun “matrix xətası” olduğunu deyən Jonas sonra Martaya “Ya da digər tərəfdən bir mesajdır” əlavəsini edir. Bu söhbət daha ilk sezonda paralel dünyalara bir işarədir.

Mads Nielsen’ın kasetində oxuyan mahnının sözləri

Helge tərəfindən göndərilən Madsin kasetində, həm də Noahın təcrübələrini keçirdiyi və uşaqları saxladığı otaqdakı televizorda oxunan mahnın sözləri Jonas və Marthanın trajedik hekayəsinə işarət edir. Mahnıda “Zaman və kosmosda sonsuzluğa doğru gedirik” deyilirdi.

Mads Nielsen’ın məzar daşındakı işarə

Sonsuzluq işarəsi ölümdən sonra ölən şəxsin sonsuz yaşamasını təmsil etmək üçün istifadə olunsada Dark dizisində bu işarə sadəcə bu mənanı daşımır. Mads Nielsen’ın məzar daşında olan bu işarə 3 sezonda yaşanan sonsuzluq təkrarlanmasına işarət edir. 

Mikkel’in Jonas’ın atası olduğu barədə ilk sezonda verilən ipucu

1-ci sezonda izləyicilər və Jonas atasının Mikkel olduğunu bilmədiyi vaxtda Jonas anası Hannah ilə olan dialoqunda Hannah Jonasa qəribə bir cavab verir. Həmin səhnədə: “Səncə heç sirr var idi” deyə soruşan Jonasa Hannah “Mikkel?” deyə cavab verir. Bunun ardınca Jonas “Xeyr, atam” şəklində cavab verir. Bu dialoq Mikkelin Jonasın atası olduğuna dair verilən ilk ipuclarından biridir.

İkinci sezonun birinci bölümündə Jonasın davamlı olaraq Martanın öləcəyi yerə baxması

2-ci sezonun birinci bölümündə Hannah və Jonas evlərinin mətbəxində səhər yeməyi yeyərkən Jonas davamlı olaraq bir nöqtəyə baxır. 2-ci sezonun final bölümündə bu yer Martanın Jonasın qollarında öldüyü yerdir. 

Magnus və Bartosz’un göldəki ölü qadın haqqında zarafatı

Magnus ve Bartosz 2-ci sezonda göl səhnəsində Marthayı qorxutmaq üçün göldə ölü qadının olması haqqıdan zarafat edirlər. Göldə ölü qadının olması isə 3-cü sezonda ortaya çıxır. 1980-ci ildəki hadisələrdə öz qızı Katharinayı bilmədən öldürən Helene, daha sonra qızı sürüyərək gölə atır.

Martanın dünyasında Magnusun mağaralar haqqında danışdığı hekayə

Göldəki hekayədən sonra bu dəfə Martanın dünyasındakı Magnusun mağara haqqında anlatdığı hekayə 100 il əvvəl  Birinci Dünya Müharibəsindən sonra mağaralarda aparılan təcrübələrlə bağlı hekayələr əslində həqiqətdir.

“Dark” sevənlər diqqət: Dark bənzəri, olduqca maraqlı dizilər

Mənbə: webtekno.com


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

4 Şərh