Zaman keçsə də dəbdən düşməyən geyim modelləri


Çiçəkli geyimlər

Baharın xəbərçisi olan çiçəkli geyimlər hər sezon vitrinlərdə özünə yer edir. Qadınlar bir çiçəkdir ifadəsi heç də təsadüfi deyildir. Rəngli, çiçəkli motivlər ilə bəzənmiş geyimlər qadınların qarderoblarından əksik olmur.

Açıq çiyinlər

Heç vaxt dəbdən düşməyən bu modellər hər qadının qarderobunda ən az bir ədəd vardır. Açıq çiyinli modellər həm yaradıcı, həm də diqqət çəkicidir. Geniş çiyinli qadınların seçimi olan bu geyim stili hər il yeni bir forma ilə vitrinlərdən əksik olmur.

Parlaq geyimlər

Qadınlar hər daim gözəl və diqqət mərkəzində olmaq istəyirlər. Xüsusi dəvətlərdə qadınların seçimi olan parlaq geyimlər hər zaman dəbdədir. Bu ilin dəbində də həm göstərişli, həm də modern motivlərlə əhatə olunan parlaq geyimlər ön plana çıxır.

Krujevalı geyimlər

İstər qısa, istərsə də uzun don modellərdə əvəzedilməz detaylar yaradan krujevalar qadınların ən sevdikləridir. Xüsusilə nişan və toy mərasimlərində ən çox bu modellər geyinilir. Dəbdən düşməyən bu modellər qadınların sevimlisi olmağa davam edir.

Başdan ayağa tək rəngli geyimlər: Monokrom geyim tərzi


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh