Hansı qadın daha dik sinə quruluşuna malik olmaq istəməz ki? Yəqin ki, hər bir qadının arzusudur ki, sinələri dik olsun. Xüsusilə hamiləlikdən sonra qadınlarda sinə sallanması kimi hallar müşahidə edilir. Bəs sinəmizi ev şəraitində dik vəziyyətə gətirə bilərikmi? Evdə edə biləcəyiniz bu metodlar ilə sizdə gözəl sinə quruluşuna malik ola bilərsiniz.
Masaj

Düzənli olaraq sinə masajı etmək dəridə və sinə bölgəsində qan axını artıraq əzələlərin güclənməsinə kömək edir. Bu həmçinin sinə bölgəsindək yağların əriyib sinənin daha sərt olmasına səbəb olur.
1. Yağ masajı
Sinə masajı gündə ən azı 20 dəqiqə edilməlidir. Masaj edərkən müxtəlif yağlardan zeytun yağı, bitki yağı və digər uçucu yağlar istifadə edə bilərsiniz. Masaja başlamazdan əvvəl arxası üstə uzanıb yağla sinənizi dairəvi şəkildə masaj etməlisiniz. Bu davamlı olduqda bir neçə həftə içinə nəticəni görəcəksiniz.
2. Buz masajı
Buz masajı sinəni dikləşdirməyə kömək etdiyi kimi sallanmağınında qarşısını alır. Yağ masajına alternativdir lakin ondan daha effektlidir. Buz masajı həssas sinə toxumalarını oyandıracaq və masaja daha tez reaksiya verməsinə səbəb olacaqdır. Düzənli etmə nəticəsində tez bir zamanda effektiv nəticə əldə edə bilərsiniz.
Maska

Üz üçün istifadə etdiyimiz maskaların demək olar hamısını sinəmiz üçündə istifadə edə bilərik. Ən effektiv maskalar xiyar, yumurta ağı və zeytunyağı qarışımıdır. Bu üçünü bir birinə qatdıqdan sonra sinəyə yaxıb 1 saat gözlədirik. Daha sonra ilıq su ilə yuyuruq. Maskanı effektini düzənli istifadə etdiyiniz təqdirdə 2 həftə sonra görəcəksiniz.
Bunada bax: Artıq çəki təkcə yediyimiz qidalardan yaranır? – Xeyr
Şərh