Dünyada ilk dəfə doğmamış uşaqda Koronavirus testi pozitiv çıxdı


Koronavirus bu dəfə ana bətnində olan bir uşaqda müəyyən edildi. Hadisə Fransada bir xəstəxanada baş verdi. Həkimlər bunun bir ilk olduğu açıqlamasını verdilər. 

Koronavirus bütün dünyada həyatı alt-üst edərkən Fransız həkimlər hələ doğmamış bir uşağın virusa yoluxduğunu açıqladı. Bu xəbər “SARS-CoV-2 infeksiyasının transplasental ötürülməsi (Transplacental transmission of SARS-CoV-2 infection)” adlı məqalədə dərc olundu. 

Doğmamış uşaqda Koronavirus testi pozitiv çıxdı

İndiyə qədər aparılan araşdırmalarda ana bətnində olan uşağn koronavirusa yoluxa biləcəyinə dair çox az ehtimallar var idi. Lakin son açıqlamada SARS-CoV-2 infeksiyasının transplasental ötürülməsinin mümkün olduğu müəyyən edildi. 

Tədqiqatçılar, 24 mart tarixində 35 həftəlik hamilə qadının yüksək qızdırma və öskürək ilə xəstəxanaya müraciət etdiyini, qadının koronavirus testinin müsbət çıxdığını və qeysəriyyə ilə doğum gerçəkləşdiyini açıqladı. Həkimlər uşağın da Koronavirus testinin müsbət çıxdığını lakin 18 günün tamamında sağaldığı üçün xəstəxanadan çıxarıldığını məqalədə qeyd etdi.Onların sözünə görə uşağın doğumdan sonra virusa yoluxma ehtimalı azdır. Uşaq virusa ana bətnində transplasental ötürülmə ilə yoluxub. 

Həkimlər indiyə qədər oxşar hadisələrin baş verdiyini lakin uşağın ana bətnində yoluxub-yoluxmadığını tam açıqlaya bilmədiklərini qeyd etdilər. İtalyada bundan əvvəl 30-a yaxın hamilə qadın üzərində aparılan tədqiqatlarda uşağın ana bətnində virusa yoluxa biləcəyi ehtimalı araşdırılmışdı. Lakin tam düzgün nəticələr əldə olunmamışdı. 

Fransalı həkimlər SARS-CoV-2 infeksiyasının transplasental ötürülməsinin hamiləliyin son aylarında baş verdiyini də məqalədə qeyd edib.

Mənbə: webtekno.com

Həmçinin bax: Diqqət! Əgər koronavirusa yoluxmusunuzsa sizi bunlar gözləyir


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh