Döş xərçənginin 6 əsas əlaməti: İlkin diaqnoz həyatınızı xilas edər


döş xərçəngi meme kanseri

Döş xərçəngi dünyada ürək-damar xəstəliklərindən sonra ən çox insan ölümünə səbəb olan xəstəlikdir. Döş xərçəngin əsas yaranma səbəbləri, obezitə, yaşın artması, siqaret və spirt qəbulu, yüksək radiasiyaya məruz qalma və s. ola bilər. 

Döş xərçəngi ən çox qadınlarda müşahidə edilsə də kişilərdə bəzən rast gəlinir. Kişilərdə döş xərçəngi qadınlardan fərqli olaraq çox risklidir. Tibbin inkişafı ilə birlikdə döş xərçənginin vaxtında müəyyən edilməsi qarşısının alınmasına səbəb olur. Lakin əksər qadınlar qorxduqları üçün və ya başqa səbəblərdən müayinə olunmaqdan çəkinirlər. 

Döş xərçənginin əlamətləri

Döş xərçəngin ən çox müşahidə olunan əlaməti döş toxumalarında bir şişlik yaxud kütlənin hiss edilməsidir. Lakin bu simptomlar olmadanda döş xərçəngi ola bilərsiniz. Döş xərçəngi uzun illər heç bir əlamət göstərmədən yayıla bilər. Bu müddətdə aşağıdakı simptomlar müşahidə edilə bilər:

  • Döş ucundan axıntı gəlməsi
  • Döşdə tez-tez ağrıların yaranması
  • Çəki itirilməsi
  • Döş ucunda yaraların əmələ gəlməsi
  • Döş ucunda rəng dəyişikliliyi 
  • Döş dərisinin soyulması və s.

İlkin Diaqnoz

İlkin diaqnoz xərçəng xəstəliyinin müalicəsi üçün çox vacibdir. İlkin diaqnoz vaxtı müşahidə edilən şiş cərrahi yolla götürülə bilər. Başlanğıc mərhələdə olan şişi müalicə etmək üçün əksər vaxt kemoterapiyaya ehtiyac olmur. Bu dövrdə xəstələr yan təsirləri daha az olan radyoterapiya və antihormonlar ilə müalicə edilə bilərlər. 

döş xərçəngi meme kanseri

Döşdə ağrı, əgər hər ikisində də müşahidə edilirsə ilk başda narahat olmağa gərək yoxdur. Bu aybaşı dövrü ilə bağlı ola bilər. Lakin bu ağrı uzun müddət davam edərsə həkimə müraciət etmək vacibdir. Həmçinin hamilə qadınlarda bədəndə baş verən hormonal dəyişikliklər və süd vermə dövründə olan qadınlarda döşlərdə ağrılar müşahidə edilə bilər. Bunlar normal ağrılardır. 

Qorunmaq üçün nələr etməliyik?

  • Yaş irəlilədikcə ana olmaqdan çəkinmək
  • İdeal çəkini qorumaq
  • Qidalanmanıza diqqət etmək, Təbii qidalarla qidalanmaq
  • Spirt və siqaret istifadə etməmək
  • İdmanla məşğul olmaq
  • Stressdən uzaq durmaq
  • Süd vermə dövründə uşağı tez-tez əmizdirmək
  • Yağlı qidalardan istifadəni azaldın

Ən az 3 aydan bir müayinə olunmaq ilkin diaqnoz qoymaq və vaxtında müalicə olunmaq üçün vacibdir. Özünüz və sevdikləriniz üçün sağlamlığınızı qoruyun. Gec olmadan müayinə olun.

Qadınlar niyə xəyanət edir? 10 əsas səbəb

Mənbə: sozcu.com.tr


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh