Dünyada ən çox istifadə olunan 20 sayt


SEMrush adlı bir online şirkət 2020-ci ilin sentyabr və oktyabr aylarını əhatə edən internet trafik məlumatlarına əsaslanaraq ən çox kliklənən saytların adını açıqlayıb. Son illər internet deyilərkən ağıla facebook və bənzəri sosial medialar gələrkən açıqlanan siyahıda bunun heç də belə olmadığı görülür.

Aparılan bir araşdırmaya görə hazırkı dövrdə sosial media istifadəçilərinin sayı 4 milyardı keçib. Başqa bir araşdırmaya görə oyaq olduğumuz vaxtın 15 faizini sosial mediada gəzərək keçiririk. Lakin istifadəçilər interneti təkcə sosial media məqsədi ilə istifadə etmirlər. Son açıqlanan siyahıda bunun bariz göstəricisidir. 

Dünyanın ən çox istifadə olunan 20 saytı

sayt, site, ən çox girilən saytlar

Siyahının başında 105 milyard daxil olma göstəricisi ilə Google yer alır. Google’un siyahının başında yer alması heçdə təəccüblü deyil. Çünki adını bildiyimiz saytlara belə daxil olarkən bəzən googlede axtarış edərək daxil oluruq. İstifadəçilərin google’da keçirdiyi ortlama müddət 25 dəqiqə 1 saniyədir.

Siyahının ikinci sırasında isə  video paylaşma platforması olan Youtube yer alır. İstifadəçilərin Youtube’də keçirdiyi ortalama müddət 35 dəqiqədir. Youtube’a gün ərzində 36.4 milyard insan daxil olur. 

Siyahının üçüncü sırasında ən böyük sosial media platforması olan Facebook yer alır. Facebooka gün ərzində ortalama 25.3 milyard daxil olma qeydə alınmışdır. 

Siyahıda həmçinin online alış-veriş saytı olan Amazonu və məlumat bazası hesab edilən Wikipedianıda görə bilərik. Ən maraq doğuran məqam isə ilk 10-a pornoqrafik məzmunu ilə diqqət çəkən 2 saytın daxil olmasıdır. Bu da internet istifadəçilərinin interneti sosiallaşmaq, alış-veriş etmək və məlumat toplamaqdan kənar məqsədlər üçün də istifadə etdiyini göstərir.

Ötən siyahılarda ilk 3-ə daxil olan İnstagramın bir qədər geriləyərək 6-cı sıraya düşdüyünü görürük. Bir qədər təccübb doğursada Yahoo hələdə ilk 10-a daxil ola bilib. Həmçinin ötən siyahılarda ilk 10-da yer alan Twitterin bir qədər geriləyərək 11-ci sırada yer aldığını görürük.

Gəzərkən vaxtın necə keçdiyini hiss etməyəcəyiniz 14 sayt tövsiyyəsi

Mənbə: digitalinformationworld.com


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh