Bu adətlər olduqca maraqlıdır! Ən qəribə adətlər


Hər ölkənin hər bir bölgəsinin özünəməxsus adət-ənənələri vardır. Lakin indi bəhs edəcəyimiz adətlər sizə çox qəribə gələcək.


1. Thaipusam (Hindistan)

Bu bir hinduizm ənənəsidir. Hindlilər Hind Allahına bağlılıqlarını göstərmək üçün bədənlərinin həssas yerlərini, çox vaxt ağız içini deşirlər. Tayland, Malayziya, Şri-lanka kimi ölkələr də bu bayramı qeyd edir.

2. Holi (Hindistan)

Bu festival Hindistan və Nepalda qeyd edilir. Qışın bitib yazın gəlməsi, ruzi-bərəkət əlaməti, həmçinin xeyrin şər üzərində qalibiyyətini insanlar çox rəngli tərzdə qeyd edirlər.

3. La Tomatina (İspaniya)

İspaniyada qeyd edilən pomidor festivalının tarixi 1945-ci ilə gedib çıxır. İlk dəfə bu tarixdə kəndlilər polisə etiraz əlaməti olaraq pomidor atmışlar. Zaman keçdikcə proses ənənə halına gəlmiş və festival şəklində qeyd edilmişdir.

4. Famadihana (Madaqaskar)

Çox maraqlı bir ənənə olan bu festival ölülərlə bağlıdır. Hər 7 ildən bir ailələr yığışır və ölən ailə böyükləri məzardan çıxarılıb yeni geyimlər geyindirilərək rəqs edilir.

5. Songkran (Tayland)

Taylandda qeyd edilən bu əyləncəli festival yazı gəlişi ilə bağlı apreldə keçirilir. Festivalda insanlar əllərində olan əşyalarla tanıyıb-tanımamaqdan asılı olmayaraq hər kəsi sulaya bilər. Həmçinin fil kiralayıb fillə də şəhərdə gəzmək olar.

6. El Colacho (İspaniya)

Bu ənənədə bir döşəyn üstünə 10 körpə uzanır. Üstündə şeytan geyimi olan bir kişi uşaqların üstündən tullanır. İnanılır ki bu ənənə ilə uşaqların üstündəki pis qüvvələr yox edilir. 1610-cu ildən bəri bu ənənə davam edir.

7. Turpların Gecəsi (Meksika)

1800-cü illərdən bəri qeyd edilən bu festivalda insanlara pulsuz turplar və turplardan heykəllər paylanır. Görünür bu bölgədə turp çox sevilən tərəvəzdir.

8. Octoberfest (Almaniya)

Bu festivalın məqsədi əylənmək, pivə içib yeni dostlar qazanmaqdır. Hər il çox maraqla qeyd edilən bu festivala çoxlu sayda turist də qatılır.

Dünyadakı ən qəribə seks adətləri və qadağaları (+18)


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh