Acı yeməyi sevirsiniz?
Hər acı yeməyi yeyərəm deyirsinizsə bu yazı sizin üçündür. Siyahıda dünyanın ən acı 10 bibər növünü sıralamışıq. Bəziləri o qədər acıdır ki, dilinizə dəyməyi sizi bir daha acı yeməkdən çəkindirə biləcək gücdədir. Dözümü olmayanlara isə qətiyyən yoxlamaması tövsiyyə olunur.
Çünki dilinizə toxundurduğunuz anda hətta xəstəxanalıq belə ola bilərsiniz. Keçək siyahıya.
Qeyd: Bibərlərin acılıq ölçüsü SHU adlanan ölçü vahidi ilə qiymətləndirilir. Gündəlik istifadə etdiyimiz bibərlərin orta SHU’u 100.000-dir.
Red Savina Habanero
Dünyanın ən acı bibərlərindən hesab olunur. Bişməmiş şəkildə yeyilməsi tövsiyyə olunmur. Ona görə də əsasən çox az miqdarda yeməklə bərabər bişirilir. Bişirmədən yemək mədə yanması, qızdırma, dəridə qızarıqlıqlar kimi təsirlər bilər. Acılıq miqdarı 500.000 SHU-dur.
7 Pot Red
Nadir tapılan bibər növlərindən olan bu bibərə əsasən Trinidad adasında rast gəlinir. Adının mənası tək bir dənəsinin 7 qazan yeməyə acı dad verəcək qədər acı olması ilə əlaqədardır. Acılıq miqdarı 1.000 000 SHU-dur.
Bhut Jolokia
Bir çox yarışlarda istifadə olunur. Əksər insanlara görə dünyanın ən acı bibəridir. Acılıq miqdarı 1.001.304 SHU-dur.
Barrackpore
7 Pot Red ailəsinə aid olan bu bibərin acılıq miqdarı 1.300 000 SHU-dur. Meyvə aroması dadı olan bu bibər də əsasən Trinidad bölgəsində yetişir. 1 ədədinin acılıq dəyəri normal istifadə etdiyimiz acı bibərlərdən 130 dəfə çoxdur.
Naga Viper
2011-ci ildə dünyanın ən acı bibəri adını alaraq Guiness Rekordlar kitabına düşmüşdü. Dünyada ən az rast gəlinən bibər növüdür. Acılıq miqdarı 1.349.000 SHU-dur. Ən acı yeməklərin hazırlanmasında istifadə olunur.
Trinidad Scorpion Butch T
Ən acı sousların hazırlanmasında istifadə olunan bu bibərin acılıq miqdarı 1.463.700. SHU-dur. 2012-ci ilə qədər dünyanın ən acı bibəri hesab edilirdi.
7 Pot Primo
Yenidən 7 Pot bibər ailəsinə aid olan başqa bir bibər. Acılıq miqdarı 1,469,000 SHU-dur. Normal acı bibərlərdən 147 dəfə çox acıdır. Görünüşünə görə də fərqlilik göstərir.
7 Pot Douglah
Toz halında belə çox az miqdarda istifadə edilməsi tövsiyyə olunur. Qəhvəyi rəngdə olan və acısına çox az insanın dözümü olan bu bibər Trinidad bölgəsində yetişir. Acılıq miqdarı 1.853.936 SHU-dur.
Trinidad Moruga Scorpion
Bu bibər dünyanın ən acı 2-ci bibəri hesab edilir. Acılıq miqdarı 2.009.231 SHU-dur. Dilinizə dəyməsi belə ciddi narahatlıqlar yarada bilər. Bu bibər sadəcə Trinidadın Moruga bölgəsində yetişir.
Carolina Reaper
Dünyanın rəsmi təsdiqlənmiş ən acı bibəridir. Normal acə bibərdən 220 dəfə çox acıdır. Fərqli bibər növlərinin birləşdirilməsi nəticəsində əldə olunub. Bibəri dadmaq çox ciddi fəsadlar yarada bilər. Məsələn, səs batması, yüksək qızdırma, nəfəs ala bilməmək və s. Bu bibərin acılıq miqdarı 2.200.000 SHU-dur.
2020-ci ildə ən çox qazanan aktyorlar
Mənbə: yemek.com
Şərh