Dünyanın ən bahalı toyları – FOTOLAR


10.  Wayne Rooney və Coleen McLoughlin

İtalyada baş tutan 8.3 milyon dəyərindək bu toydan gələn bütün gəlir Liverpooldakı uşaq xəstəxanasına bağışlanıldı. Toyun qonaqları toy baş tutacaq şəhərə xüsusi təyyarələrlə gətirildi.

9. Michael Jordan və Yvette Prieto

2013-cü ildə Floridada “Bears Club”da baş tutan bu toyun dəyəri 11.1 milyon idi. Toyun aparıcıları məhşur müğənnilər olan K’Jon, Robin Thicke və Usher idi.

8. Kim Kardashian və Kris Humphries

Məhşur NBA ulduzu Kris Humphrieslə Kim Kardashian arasında baş tutan bu toyun ümumi dəyəri 11.4 milyon idi. Bu həmçinin Kim Kardashianın ikinci ən bahalı toyu idi.

7. Petra Ecclestone və James Stunt

2011-ci ildə İtalyada baş tutan bu toyun ümumi dəyəri 21.6 milyon dollar idi. 3 gün davam edən toyda gəlin 1.3 milyon dollar dəyərindəki Vera Wang gəlinliyini geyinmişdi.

6. Prens Abdul Malik və Dayangku Raabiatul

2015-ci ildə 11 gün davam edən bu toyun ümumi dəyəri 32 milyon dollar idi. Toyda təxmini olaraq 5000 nəfər iştirak etmişdi.

5. Angela Yeung və Huang Xiaoming 

2015-ci ildə Şanxayda baş tutan bu toyun ümumi dəyəri 33.5 milyon dollar idi. Toyda 2000 nəfər qonaq iştirak etmişdi.

4. Kral Felipe və Kraliçe Letizia

2004-cü ildə Madriddə baş tutan bu toyun dəyəri 33.9 milyon dollar idi. Toy böyük ekranlı televizorlar vasitəsi ilə 25 milyon nəfərin izləməsi üçün canlı yayınlanırdı.

3. Prens William və Kate Middleton

2011-ci ildə Londonda kral ailəsində baş verən bu toyun dəyəri 38.7 milyon dollar idi. Təkcə 32 milyon dollar təhlüksəsizliyi təmin etmək üçün xərclənmişdi.

2. Prens Harry və Meghan Markle

2018-ci ildə İngiltərədə baş tutan bu toyun dəyəri 45 milyon dollar idi. Gəlinlik məhşur bir şirkət tərəfindən 135 min dollara tikilmişdi.

1. Vanisha Mittal və Amit Bhatia

Hindistanlı 2 gəncin bu toyunun ümumi dəyəri 89.6 milyon dollar idi. 6 gün davam edən bu toyun qonaqları 100 təyyarə ilə toy baş tutacaq şəhərə gətirildi.

Fərqinə varmadığımız fobiyalar: İnsanlarda ən çox müşahidə edilən 3 fobiya


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh