Dünyanın ən böyük derbiləri: Yaranma hekayələri

Hər liqin iki böyük komandası arasında baş tutan oyunlar olur. Lakin ele oyunlar var ki, onlar təkcə stadionda oynanılmır. Top 10-luq belədir.


10. Liverpool-Manchester United

Liverpool və Manchester United 2 şəhərin ən böyük komandalarıdır. Aralarındakı oyunlar İngiltərənin ən vacib oyunu hesab olunur. Liverpool 30 ildən sonra ilk dəfə bu il İngiltərə çempionluğunu qazandı. Liverpoolun 19, Manchestr Unitedin 20 çempionluğu var.

9. AC Milan-Internazionale (Inter Milan)

İnter Milan klubu Milanda baş verən daxili narazlıqlardan sonra bir qrup idarəçinin ayrılması ilə yaranmışdır. Milan rəhbərliyi xarici futbolçuların oynadılmasının əleyhinə idi. İnter Milanın məqsədi Milana qarşı xarici futbolçulardan ibarət bir klub yaratmaq idi. Lakin hazırda hər iki klubun heyətində yerli oyunçudan çox xarixi oyuçu var.

8. Real Madrid-Atletico Madrid

Bu 2 klub arasında kökü tarixə dayanan bir düşmənçilik var. İlk başlarda hakimiyyət tərəfindən dəstəklənən takım Atletico Madrid idi. Lakin Real Madridin 1950-ci ildə Avropa çempionu olması ilə birlikdə bu dəstək Real Madridə doğru dəyişdi. Bununla da tarixi rəqabətin əsası qoyuldu. Real Madridin tarix boyu Atletico Madridə qarşı əzici bir üstünlüyü var.

7. Roma-Lazio

1927-ci ildə Juventus və Milana qarşı Mussolinin emri ilə Roma yaradıldı. Lakin digər bir faşist general Vaccaro bu klubun yaradılmasına qarşı çıxaraq öz klubu Lazionu yaratdı. Və rəqabət başlandı.

6. Panathinaikos-Olympiakos

Panathinaikos elit təbəqənin komandası, Olympiakos isə işçi,əməkçi təbəqənin komandası olaraq bilinir. Bu iki komanda arasında baş tutan oyunlar azerkeş qrupları arasında baş tutan davalar ilə yadda qalır.

5. Partizan-Red Star

Hər iki klub 2-ci dünya müharibəsindən sonra yaranıb. Derbi dünyada ən çox hadisələrin baş verdiyi derbilərdən biridir.

4.Fənərbaxça-Galatasaray

İstanbulun avropa və asiya tərəflərində yerləşən bu iki klubun rəqabəti qitələrarası derbi də olaraq bilinir. Derbi baş tutan gün ölkədə siyasi və digər problemlər 1 günlük unudulur.

3. Celtic-Glasgow Rangers

“Old Firm Derby”  də olaraq adlandırılan derbi hər zaman baş verən hadisələrlə diqqət mərkəzinə gəlir. Bu derbi əslində məzhəb mübarizəsi səbəbindən bu cür alovlu keçir. Belə ki, Rangers protestant təbəqənin, Celtic isə katolik təbəqənin klubudur.

2. Boca Juniors-River Plate

Boca azerkeşləri River Plate azerkeşlərinin qorxaq olduğunu iddia edərək onları “toyuq”, River azerkeşləri isə Boca azerkeşlərindən pis iy gəldiyini iddia edərək onları “kiçik donuz” adlandırılar.

1. Real Madrid-Barcelona

Dünyanın ən böyük 2 klubunun mübarizəsi. Tarixçilər bu mübarizəni “İspaniya daxili müharibəsinin başlanğıcı” adlandırırlar. Bu derbinin əhəmiyyətini bu ifadədən yaxşı başqa cür izah etmək olmaz yəqin.

Bunları oxuyarkən çox təəccüblənəcəksiniz: bir birindən maraqlı 10 məlumat

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh