Dünyanın ən zəhərli 10 heyvanı


Dünyanın ən zəhərli heyvanı hansıdır soruşduqda hər kəsin ağlına əqrəb yaxud ilan gəlir. Amma bu belə deyil. Bildiklərimizin əksinə dünyanın ən zəhərli heyvanı quruda deyil, suda yaşayır. Onunla qarşılaşmaq şansı isə çox azdır. Gəlin ən zəhərli heyvanların siyahısına baxaq.

1. Qutu Meduza

zəhərli, qutu meduza, box jellyfish

Dünyanın ən zəhərli heyvanları siyahısın başında Qutu Meduza yerləşir. Bədənə yapışan iynələri, zəhəri qanımıza ötürür və ürək-damar və sinir sisteminin məhv olmasına səbəb olur. Daha çox Avstraliya sahillərində rast gəlinir. Hücuma meylli bir heyvan deyil. Zəhərini daha çox özünün müdafiə etmək yaxud ovlanmaq üçün istifadə edir. İynəsini insan bədəninə batırdıqda tibbi yardım göstərilməzsə 30 dəqiqə içinə ölümə səbəb ola bilər.

2. Kral Kobra

zəhər, kral kobra, zehir

6 metrə qədər uzunluğu olan bu canlı dünyanın ən zəhərliilanıdır. Əsas qidasını elə ilanlar təşkil edir. Zəhəri o qədər güclüdür ki, bir dişləməsi ilə 20 insanın ölümünə səbəb ola bilər. İnsanı sancması nəticəsində gözlər bulanıq görür və ürək dayanması baş verir. Kral Kobra ən çox Asiyanın cənub şərqində və Hindistanda geniş yayılmışdır. 

3. Qara Mamba

zəhər, qara mamba, kara mamba, zehir

Vətəni Afrika olan bu ilanın uzunluğu 5 metrə qədər çata bilir. Adını dərisinin rəngindən deyil ağız içinin qaralığından alır. Sürəti saatda 20 km qədər çatan bu canlı dünyanın ən sürətli ilanı hesab edilir. Qara Mambanın zəhəri bir insanı 20 dəqiqədə öldürə bilər. Qara Mamba o qədər zəhərlidir ki, bir dişləməsindəki zəhər miqdarı 100 insanı öldürə bilər. 

4. Zəhərli ox qurbağası

zəhərli, zehirli, ok kurbağası

Zəhərli ox qurbağasının zəhəri dərisində olur. Ona görə bu canlıya toxunmaq belə iflic olmağa səbəb ola bilər. Dərisindəki zəhər 150 insanın və 30000 siçanı eyni vaxtda öldürmək gücünə malikdir. Zəhəri qana qarışsa 1 dəqiqə içində ölümə səbəb ola bilər.

5. Qırmızı Hind Əqrəbi

zəhərli, zehirli, kırımız hint akrebi

Əqrəblər ən dözümlü və ən zəhərli canlılardan hesab edilir. Əsas yaşayış yeri Hindistan olduğundan adınıda elə buradan alır. Hindistan başqa Nepal və Şri Lankada da rast gəlinir. Bu canlının zəhəri əleyhinə antidot mövcuddur. Lakin zəhəri o qədər sürətlə yayılır ki, antidot istifadəyə vaxtınız olmaya bilər.

6. Avstraliya Qayabalığı

zəhərli, zehirli, kayabalığı, qayabalığı

Bir kamuflaj ustası olan bu canlı Avstraliya sahillərində yaşayır. Uzun müddət hərəkət etmədən gizlənməyi bacaran bu balığın zəhəri insanı 2 saat müddətində öldürə bilər. İsti mühitdə zəhərinin təsiri azalır. Avtstarliya yerli əhalisi bu canlını ovlayaraq yeyirlər. Zəhəri əleyhinə antidot mövcuddur.

7. Sydney Funnel hörümçəyi

zəhərli, zehirli, sydney funnel

Dünyanın ən zəhərli hörümçəyi hesab edilir. Rəngləri və ölçüləri fərqli olan 40 növü mövcuddur. 2-3 sm ölçüsü olan hörümçək 2 metrə qədər hündürlüyə tullana bilir. Bu da onu təhlükəli edən bir başqa xüsusiyyətdir. Zəhəri 30 dəqiqə müddətində ölümə səbəb ola bilər. 1 mg zəhəri 10.000 siçanı öldürmək gücünə malikdir.

8. Mavi halqalı ahtapot

zəhərli, zehirli, mavi halkalı ahtapot

Mavi halqalı ahtapot Yaponiya və Avstraliya sahillərində rast gəlinir. Görünüşünə görə onu görənlərin diqqətini çəkir. Sakit bir heyvan olmasına baxmayaraq ona toxunmaq bir neçə dəqiqə müddətində ölümə səbəb ola bilər. İfraz elədiyi zəhəri eyni vaxtda 26 insanı öldürmək gücünə malikdir.

9. Taipan

zəhərli, zehirli, taipan

Taipan Avstraliyada geniş yayılmış bir ilan növüdür. Zəhərinin təsir müddətinə görə ilk sıralarda yer alır. Onun zəhəri ilk saniyələrdən iflic etmək gücünə malikdir. Uzunluğu 3.6 metrə dişlərinin ölçüsü isə 6.2 mm qədər çatır. Bir dişləməsində ifraz etdiyi zəhər 1000 siçanı və ya 100 insanı eyni anda öldürmək gücünə malikdir. Az hallarda insanlarla qarşılaşdığından insan ölümünə nadir hallarda səbəb olur. 

10. Qatil Tırtıl

zəhərli, zehirli, katil tırtıl

Kiçik görünüşünə baxmayaraq dünyanın ən zəhərli canlılarından biri hesab olunur. Bu canlı indiyə qədrə 500 insanın ölməsinə səbəb olmuşdur. Daha çox Brazilyanın meşəlik bölgələrində yaşayır. Bu canlının zəhəri qan hüceyrələrini məhv edir və beyin qanamasına səbəb olur. İlkin müdaxilə göstərilməzsə qısa müddətdə ölüm baş verə bilər.

Dünyanın ən acı 10 bibəri: Yeyərkən xəstəxanalıq ola bilərsiniz

 

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh