Duş alarkən diqqət etməmiz gərəkən məqamlar: Sağlığımıza pis təsir edir

Duş almaq günlük hobbilərimizdən biridir. İsti yay aylarında demək olar ki, hər gün duş alırıq. Duş alarkən nələrə diqqət etməliyik? Nələri etməkdən çəkinməliyik?


Duş almaq günlük hobbilərimizdən biridir. İsti yay aylarında demək olar ki, hər gün duş alırıq. Lakin bəzi alışqanlıqlarımız pis nəticələr yarada bilər. Duş alarkən nələrə diqqət etməliyik? Nələri etməkdən çəkinməliyik?

Kisələnmək

Kisələnmək dəri sağlığı üçündə vacibdir. Kisələnməklə ölü dərilərdən qurtuluruq, qan dövranını sürətləndiririk. Lakin tez-tez kisələnmək dərinin zədələnməsi kimi bir çox mənfi nəticələrə gətirib çıxara bilər. Odur ki, həftədə 2-3 dəfədən çox kisələnmək tövsiyyə olunmur.

İdman sonrası duşa girməmək

İdman bədən sağlığı üçün olduqca vacibdir. Bəzən idmanla məşğul olduqdan sonra yorulub duşa girməyə ərinirik. Lakin bədən tərləyərkən bədəndə bakteriya sayındada artım baş verir. Ona görə də idman sonrası duş qəbul etmək vacibdir.

Kirəcli su

Duş aldığıçmız suyun təmiz olması vacibdir. Suyun kirəcli olub-olmadığını duş başlığın üzərindən görə bilərik. Kirəcli suyun tərkibində kalsiyum və maqneziyumun çox olması dəri sağlığı üçün ziyandır. 

Dərini dəsmalla sərt şəkildə qurulamaq

Duş sonrası bədəni dəsmalla sərt şəkildə qurulamaq dəri toxumalarına ciddi ziyan vurur. Tövsiyyə olunur ki, dəsmalı yünglücə bədəndə gəzdirərək nəmini alın ya da hamam xalatı geyinərək nəmi özünə çəkməsini gözləyin.

Saçları hər gün yumaq

Yağlı saçlardan əziyyət çəkənlər hər gün saçlarını yumağa çalışırlar. Lakin bilmək lazımdır ki, saçların hər gün yuylması saç uzanmasının qarşısını alır və saç dərisinin gücdən düşməsinə səbəb olur. Tövsiyyə olunur ki saçlarınızı hər gün deyil həftədə maksimum 3 dəfə yuyasınız.

Nəmləndirici krem

İsti su ilə duş alarkən dərimiz quruyur. Ona görə də duş qəbul etdikdən sonra dərimizi nəmləndirici kremlərlə nəmləndirmək lazımdır.

Həmçinin bax: Evdən çıxmadan daha dik sinə quruluşuna sahib olmaq üçün nə etməliyik?


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh