ƏDV-ni bir hissəsini necə geri ala bilərik?

ƏDV-nin geri alınması prosesi bir çox istehlakçının hələ də istifadə etmədiyi yaxud edə bilmədiyi mexanizimdir. Bu yazı sizə ƏDV-ni asanlıqla geri qaytarmağa köməklik edəcək.


2020-ci ilin mart ayından başlayaraq Azərbaycanda ƏDV vergisinin bir hissəsinin geri qaytarılması mexanizmi tətbiq edilməyə başlanmışdır. Bu çərçivədə vətəndaşlar mal və xidmətlər alarkən ödədikləri ƏDV-nin bir hissəsini sayt üzərindən yaxud bəzi bankların mobil tətbiqləri vasitəsilə geri qaytara bilərlər. Bəs ƏDV-ni necə geri qaytara bilərik?

ƏDV-ni necə qaytarmaq olar?

İstehlakçı alış-veriş etdiyi zaman xidmət göstərən tərəfdən ödənişini təsdiq edən nəzarət-kassa aparatından çıxan qəbzi tələb etməlidir. İstehlakçıya verilən qəbzdə siz ödədiyiniz ƏDV-nin məbləği və onun qaytarılması üçün Fiskal İD deyilən bölməni görə bilərsiniz. ƏDV-ni qaytarmaq üçün qəbzi əldə etdikdən sonra ilk növbədə İqtisadiyyat Nazirliyinin təqdim etdiyi Edvgerial.az saytına daxil olub qeydiyyatdan keçmək lazımdır.

ədv geri al

Qeydiyyatdan keçdikdən sonra yuxarıda şəkildə göstərilən bölməyə qəbzin aşağı hissəsində Fiskal İD bölməsində göstərilən simvolları daxil edirik. Fiskal İD aşağıdakı nümunədə göstərilib. Mobil tətbiqlər vasitəsilə qəbzin aşağı hissəsində olan QR kodu oxutmaqlada siz ƏDV-ni hesabınıza qaytara bilərsiniz.

ədv geri al

Qeyd etməliyik ki Fiskal İD-ni siz qəbzi əldə etdikdən minimum 90 dəqiqə keçdikdən sonra daxil etməlisiniz. Bəzən istehlakçılar əldə etdikləri bəzi məhsulların ƏDV-nin olmadığı barədə şikayətlənirlər. Buna səbəb bəzi (ət, çörək və s.) məhsulların ƏDV-dən azad olmasıdır.

ƏDV-dən yığılan məbləğdən necə istifadə edə bilərik?

Edvgerial.az saytının aşağı sol bölməsində (aşağıda şəkildə göstərilib) Balans hissədə qəbzlərdən bizə geri qayıdan yekun məbləği görə bilərik. ƏDV-dən yığılan məbləği biz mobil tətbiqlər yaxud sayt vasitəsilə öz bank hesabımıza, kartımıza köçürə həmçinin istənilən online (su, qaz, elektrik və s.) ödənişlərimizi rahatlıqla ödəyə bilərik.

https://www.edvgerial.az/

Mənbə: https://www.edvgerial.az/


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh