Ən təhlükəsiz 5 VPN proqramı hansıdır?


Son günlərin ən çox istifadə olunan proqramı(ları) şübhəsiz VPN-dir. Təəssüf ki, proqramdan düzgün istifadə edilmədiyi təqdirdə VPN proqramları sizin üçün təhlükə mənbəyinə çevrilə bilər. Əksər pulsuz VPN proqramları sizə pulsuz xidmət göstərdikləri üçün pul qazanmağın başqa yolunu tapıblar: məlumat toplamaq və üçüncü tərəfə satmaq.

Bəli, əksər pulsuz VPN proqramlarını yüklədikdə siz onların fəaliyyət göstərməsi üçün bəzi icazələr verirsiniz. Bu icazə ilə onlar sizin telefon rəhbərinizi, fayllarınızı hətta bank məlumatlarınızı görə bilirlər. Bu da təhlükəsizliyinizi risk altına atır. Bəs nə etmək lazımdır? Hansı VPN proqramları təhlükəsizdir? Bu suallara cavab verməyə çalışacağıq.

Speedify

speedify-vpn

Pulsuz VPN proqramı axtaranda ilk öncə internet sürətinin yüksək olduğu proqramlar axtarırıq. Həm sürəti, həm də anonimliyi ilə seçilən bu proqram istifadəçilərinə sosial mediada yüksək sürət xidmətini təmin edə bilir. 30-dan çox serveri olan Speedify həmçinin mobil şəbəkə ilə də internetə qoşulanların sürət çətinliyi yaşamasının qarşısını almağı bacaran ən təhlükəsiz VPN proqramlarından biridir. Tək mənfi cəhəti aylıq 1 gb limitinin olmasıdır.

PrivateTunnel

Private-Tunnel VPN

PrivateTunnel Windows, MAC, Android və İOS da fəaliyyət göstərən ən çox istifadə olunan VPN proqramlarından biridir. İstifadəsi çox rahat olan bu proqram sizə 7 günlük pulsuz istifadə təklif edir. 7 günün tamamında məmnun qaldığınız təqdirdə müəyyən məblləği ödəməklə bu keyfiyyətli və olduqca anonim və təhlükəsiz olan VPN dən istifadə edə bilərsiniz. Əsas üstünlüyü isə xidməti aldıqdan sonra 3 fərqli cihazda bu xidmətdən istifadə edə bilərsiniz.

Hotspot Shield Free

Hotspot Shield Free VPN

Hotspot Shield Free anonimliyinin qorunmasına üstünlük verən istifadəçilər tərəfindən ən çox üstünlük verilən proqramdır. Pulsuz versiyasının imkanları bir qədər məhdud olsa da sizə günlük 750 mb istifadə limiti müəyyənləşdirir. Hotspot Shield Free sizə dünyanın 20 fərqli nöqtəsindəki serverlərə qoşulmaq şansı verir. Pulsuz versiyasında yer seçimi avtomatikdir.

ProtonVPN

PROTON VPN

Proton VPN-də sizə həm pullu həm pulsuz xidmət təklif edir. Təbii ki, pulsuz versiyası müəyyən məhdudiyyətlərə malikdir. Pulsuz versiyası ilə siz 3 ölkəyə qoşula bilirsiniz. Proton VPN bütün platformalar üçün uyğundur. Lakin təhlükəsiz və anonimliyi qorumağa önəm verən istifadəçilər üçün tövsiyy olunan VPN-dir.

TunnelBear

TUNNEL BEAR VPN

20-yə yaxın ölkə 1000-dən artıq server və eyni anda 5 cihaz dəstəyi təklif edən bu VPN xüsusiyyətləri ilə şübhəsiz ən çox istifadə olunan VPN proqramlarından biridir. Pullu veriyasıda olan bu VPN-nin pulsuz versiyası sizə aylıq 500 mb istifadə limiti qoyur. Anonim və təhlüksəzi istifadə üçün tövsiyyə olunan VPN xidmətlərindən biridir.

Dünyanın ən güclü 11 ordusu: Azərbaycan neçənci sıradadır?


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

-1
admin

Şərh