Erkən boşalma problemi və həlli yolları: Erkən boşalma xəstəlik deyil

Cinsi münasibət zamanı müşahidə olunan erkən boşalma problemi kişilərin ən çox əziyyət çəkdiyi və kişinin özünə olan güvəninin azalmasına səbəb olan bir problemdir.


Cinsi münasibət zamanı müşahidə olunan erkən boşalma problemi kişilərin ən çox əziyyət çəkdiyi və kişinin özünə olan güvəninin azalmasına səbəb olan bir problemdir. Erkən boşalma zamanla ailə problemlərinə qədər gətirib çıxarır. Əsasən gənc yaşlardan başlayaraq müşahidə olunan erkən boşalma vaxtında müalicə olunmalıdır.

Erkən boşalmanın səbəbləri nələrdir?

1. Psixoloji problemlər;

2. Prostat iltihablanması;

3. Cinsi orqanın sinir sisteminin həssaslığı.

Erkən Boşalmanın qarşısını necə almaq olar?

Ön sevişmə

Ön sevişmə nə qədər çox davam edərsə, alacağımız zövq də o qədər çox olar. Əsla ön sevişməsiz münasibətə girməyin.

Yavaş hərəkət etmək

Münasibət zamanı sürətli olmaq erkən boşalmanızıda sürətləndirəcək. Yavaş ritmlərlə davam etmək həm alacağınız zövqü daha da artıracaq həm də boşalmanızı gecikdirəcək.

Qısa fasilələr

Boşalacağınızı hiss etdiyiniz an dayanın və cinsi orqanınızı qadının içindən çıxarın. 30 saniyəlik fasilədən sonra yenidən davam edin.

Sıxmaq üsulu

Boşalacağınızı hiss etdiyini anda penisinizin başının alt hissəsin incitməyəcək şəkildə 3-4 saniyə əlinizlə sıxın. Bu üsul boşalmanızı gecikdirəcək.

Unutmayın ki, erkən boşalma xəstəlik deyil, psixoloji problemdir. Nəzarət hər zaman sizdədir.

Qeyd: Bunlar sadəcə tövsiyyə məqsədi daşıyır. Həkiminizlə məsləhətləşin.

Cinsi münasibət zamanı öpüşmənin əhəmiyyəti: Ürəyə gedən yol dodaqdan keçir


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh