Evdə Waffle resepti: 20 dəqiqədə hazırlayacağınız ləzzətli waffle


waffle

Hazırlanışı 20 dəqiqə çəkən 5-6 nəfərlik çox asan waffle resptini sizlərə təqdim edirik. 

İçindəkilər:

2 ədəd yumurta

1 yemək qaşığı şəkər tozu

1 stəkan süd

1 paket qabartma tozu

1 paket vanil

1.5 stəkan un

1 çay qaşığı duz

4 yemək qaşığı duru yağ

Servis üçün:

2 yemək qaşığı əridilmiş şokolad

5 ədəd çiyələk

1 ədəd banan

1 yemək qaşığı əzilmiş fındıq

0.5 çay qaşığı fıstıq tozu

Hazırlanışı:

  • Yumurta və şəkər tozunu köpürənə qədər çırpırıq
  • Üstünə süd, qabartma tozu, vanil, un, duz və duru yağı yavaş-yavaş əlavə edib çırpmağa davam edirik
  • Tost maşının qızdırıb, yağlayırıq. Hazırladığımız qarışımdan bir çömçə götürüb tosterin üzərinə yayırıq
  • Qabağını örtüb orta temperaturda bişənə qədər tez-tez yoxlayırıq
  • Bütün qarışımı bu cür bişiririk. Wafflenin rəni orta dərəcədə qızarmış olmalıdır
  • Hazır waffleləri bir qaba alıb üstünü yuxarıda qeyd etdiyimiz meyvələrlə bəzəyirik
  • Evde vanilyalı sadə dondurmanız varsa üstün bir top əlavə etməyi unutmayın 🙂

Nuş olsun

Evdə hazırlaya biləcəyiniz vişnəli Milkshake resepti

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh