Evdə bitki tərkibli və olduqca faydalı şampun necə hazırlamaq olar? – 3 resept


Sağlıqlı, uzanan və kəpəksiz saçlara sahib olmaq hər qadının arzusudur. Saçlarımızın kəpəklənməsi yaxud tökülməsi qadınlarda stresə səbəb olur. Bunun qarşısını almaq üçün fərqli şampuanlara çox yüksək miqdarda pul verməli oluruq. Lakin bəzən istənilən təsiri almırıq. Evdə hazırlayacağımız bu qarışımlar ilə daha sağlıqlı saçlara sahib ola bilərik. Həmdə xərc çəkmədən.

1. Yağlanmanın qarşısın alan şampun: Karbonat və Su

Saç yağlılığının qarşısını almaq üçün gündəlik olaraq duş qəbul etsəkdə bəzən gün sona çatmadan saçlarmızda yenidən yağlılıq hiss edirik. Yalnıza karbonat və su ilə yağlılığa effektiv təsir edən şampun hazırlaya bilərik.

Hazırlanışı
  • Bərabər miqdarda karbonat və su istifadə edirik.
  • Hər ikisini boş bir şampun qabının içinə doldururuq.
  • İstifadədən öncə çalxalayaraq az miqdarda saçımıza vurub yaxşıca yuyuruq.

2. Sağlıqlı, qırılmayan saçlar: Limon suyu və xiyar

Saçlarının qırılmasının və sağlıqsız olmasının əsas səbəbi saçlarda vitamin çatışmazlığıdır. Xüsusilə yorğun iş rejiminə malik qadınların stres və enerji itkisindən sonra gün sonunda saçlarına qulluq etməsi vacibdir. Bu reseptlə siz davamlı olaraq saçlarınıza qulluq edərək sağlıqlı saçlara sahib ola bilərsiniz.

Hazırlanışı
  • 1 ədəd böyük ölçülü xiyarı blender köməyi ilə püre vəziyyətinə gətiririk.
  • Daha sonras içərisinə 2 qaşıq limon suyu əlavə edirik.
  • Yaxşı qarışdırdıqdan sonra saçlarımızı həftədə 2 dəfə bu qarışımla yuyuruq.
3. Daha təmiz və parlaq saçlar üçün Alma sirkəsi.

Saçlarınızın daha parlaq, canlı və təmiz görünməsini istəyirsinizsə bu qarışım sizin köməyinizə çatacaq.

İçindəkilər
  • 1 çay qaşığı təbii alma sirkəsi
  • 1 yumurta
  • 2 çay qaşığı limon suyu
  • 30 ml zeytun yağı
Hazırlanışı
  • Bir qab içərisinə bunların hamsını əlavə edin qatılaşmış duru forma alana qədər qarışdırın.
  • Həftədə 2 dəfə duş qəbulu zamanı saçlarnızı bir dəfə bu qarışımla yuyun.

Duş alarkən diqqət etməmiz gərəkən məqamlar: Sağlığımıza pis təsir edir


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh