Bu qarışımla ev şəraitində dəri ləkələrindən asanlıqla qurtula bilərsiniz

Ev şəraitində narahat edici dərə ləkələrindən qurtula bilərik. Bəs necə?


İstər qadın olsun, istərsə də kişi, hər ikisinin ortaq əziyyət çəkdiyi bir problem var. Dəri ləkələri.

Dəri ləkələrinin başlıca yaranma səbəbi sızanaqların partladılmasıdır. Sızanaqlar əslində bir virus növüdür. Və asanlıqla bir nöqtədən başqa nöqtəyə sıçraya, yayıla bilir. Xüsusi ilə üz bölgəmizdə sızanaq gördükdə onu dərhal partlatmaq istəyirik. Lakin aşağıda qeyd edəcəyimiz qarışım vasitəsi ilə sızanaqları və onların iz qoyudğu ləkələri asanlıqla təmizləyə bilərsiniz.

Alma sirkəsi

Alma sirkəsini artıq gündəlik həyatımızda, qida rasionundan tutmuş dəri qulluğuna qədər bir çox sahədə istifadə edirik. Qoxusu xaric olduqca xeyrli olan təbii alma sirkəsi bir çox dəriyə qulluq məhsullarının hazırlanmasında istifadə olunur. Alma sirkəsinin aşağıdakı faydaları vardır:

  • Düzənli olaraq istifadə etdikdə dəridəki ölü hüceyrələri məhv edir;
  • Yeni sızanaqların əmələ gəlməsinin qarşısını alır;
  • Dərialtı yağlanmasını normallaşdırır;
  • Göz kənarında və digər bölgələrdə əmələ gələn cizgiləri aradan qaldırır və s.

Mineral su

Mineral suları gündəlik həyatımızda çox istifadə edirik. Bədənimizdə ehtiyac olan mineralların təmin olunmasında mineral sular mühüm yer tutur. Mineral suların faydaları saymaqla bitməz. Bəzilərini qeyd edə bilərik.

  • Dəri məsamələrini kiçildir və dərinin rahat nəfəs almasını təmin edir;
  • Gözaltı şişkinliklərinə təsir edir;
  • Yanaq, çənə və burunda əmələ gələn qara nöqtələri aradan götürür;
  • Sızanaqlara qısa zamanda təsir edir.

Alma sirkəsi və mineral su ilə hazırlanan qarışım

Dərimizi günlük təmizləmə vasitələri ilə təmizlədikdən sonra, 1 qaşıq alma sirkəsi və 1 qaşıq mineral suyu bir qaba qoyub qatışdırırıq. Bir neçə dəqiqə gözlədikdən sonra pambıq vasitəsi ilə dərimizin ləkələr olan yerinə yayırıq. Səhər və axşam olmaq üzrə 2 həftə boyuna bu prosesi təkrar edirik. Nəticəyə siz də inanmayacaqsınız.

Zaman keçsə də dəbdən düşməyən geyim modelləri


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh