Evdə necə dondurma hazırlamaq olar? Bu resepti çox bəyənəcəksiniz


İsti yay günlərinin əvəzedilməzi təbii ki, dondurmadır. Həm sərinləyib həm də evdə asanlıqla hazırlaya biləcəyiniz bir dondurma axtarırsanızsa verəcəyimiz resept ilə bu dondurmanı asanlıqla hazırlaya biləcəksiniz. Keçək reseptə.

Vanelli dondurma resepti:

İçindəkilər:

  • 4 stəkan süd;
  • 3/4 stəkn şəkər tozu;
  • 3 ədəd yumurta (sarısı);
  • 150 qram süd qaymağı;
  • 1 paket vanel
  • 1 ədəd limon qabığı rəndəsi;
  • 1 paket krem şanti.

Hazırlanışı:

Südü bir qazanda 10-15 dəqiqə isidin. Süd üzərin yığışan qaymaqı qaşıq köməyi ilə bir qaba qoyub dondurucuda saxlayın. Süd ilıqlaşdıqdan sonra şəkər tozunun yarısını südə əlavə edib yenidən şəkər tozu əriyənə qədər qızdırın. Bu sırada vanelyanıda südə əlavə edin. Süd qaynama vəziyyətinə gəldikdə altını söndürün.

Daha sonra yumurta sarısını qarışdırma qabına əlavə edin. Sonra üzərinə şəkər tozunun qalan yarısını əlavə edib mikser köməyi ilə şəkər tozu əriyənə qədər qarışdırın. Alınan qarışımı yavaş-yavaş südün içinə əlavə edin.

Daha sonra bu qarışımı yenidən qazın üzərinə qoyun. Qaynadıqdan sonra altını söndürün və qazanı soyuq su ilə dolu qabın içərisinə qoyun. 10 dəqiqədən bir qarıştırın. Bunu bir neçə dəfə təkrar edin. Soyuduqdan sonra dondurucuda olan qaymağıda əlavə etdikdən sonra, limon qabığını da əlavə edib son dəfə qarışdırın. Sonra qarışımı şüşə qaba töküb 3 saat dondurun. 3 saatdan sonra qarışımı dondurucudan çıxarıb blender köməyi ilə bir dəfə də qarışdırdıqdan sonra yenidən dondurucuda 3 saat dondurun. Bunu 1 dəfə də təkrar edin. Dondurmamız hazırdır.

Nuş olsun.

Evdə hazırlaya biləcəyiniz vişnəli Milkshake resepti


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

2 Şərh