Karantin dövründə evdə “nə edə bilərəm” düşünənlər: Bu yazı sizin üçündür


Etiraf etmək lazımdır ki, Covid-19 virusu bütün həyatımızı dəyişdi və sosial həyatımız yox dərəcəsinə endi. Lakin bu günləri evdə boş-boşuna deyil də faydalı məşğuliyyətlərlə keçirə bilərik.

1. Puzzle qurmaq.

Evdə həm vaxtı tez keçirə biləcəyiniz, həm də beyninizi işlədə biləcəyiniz bir hobbidir. 1000 hissədən ibarət olan puzzle-lar bizi darıxmaqdan xilas edə bilər.

2. Çalğı alətlərində ifa etməyi öyrənin.

Əgər əvvəlcə ifa etməyi bacardığınız alət varsa onu mükəmməlləşdirə bilərsiniz. Əgər yeni bir alətdə ifa etmək istəyirsinizsə elə onun tam vaxtıdır. Vaxtınızı musiqi ilə keçirin və zövqünüzə zövq qatın.

3. Yaradıcılığınıza davam edin.

Pandemiya sizə imkan verir ki, özünüzlə tək qalasınız və yaradıcılıq qabiliyyətinizi artırasınız. Şeir yazırdınızsa buna davam edib çox yaxşı işlər ortaya çıxara bilərsiniz.

4. Yeni filmlər və dizilərə başlayın.

Boş vaxtları dəyərləndirmənin ən gözəl üsulundan biri də məhz film və diziləri izləməkdir. Bu fürsəti əldən vermək olmaz.

5. Stolüstü oyunlar oynayın.

Əgər stolüstü oyunlar həvəskarısınızsa bu işdə peşəkər olmağa çox vaxtınız olacaq. Hələ ailəniz genişdirsə bu daha çox əyləncəyə çevriləcək.

6. Texnologiyaya vaxt ayırın.

Bu dövrdə vaxtımız var ki, yeni komputer proqramları öyrənək. Həmçinin yeni bacarıqlar əldə etmək bizi yaxşı yerlərə apara bilər.

7. Yeni dil öyrənin.

Evdə qalaraq sosial ünsiyyət qurmaq istəyirsinizsə niyə də bunu xarici dildə etməyəsiniz. Yeni dil öyrənmək üçün kifayət qədər vaxt və online vəsaitlərdən istifadə etmək olar.

Uşaqların qətiyyən uzaq tutulması gərəkən oyunlar: 7 oyun


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh