Evdə hazırlaya biləcəyiniz vişnəli Milkshake resepti

İsti yay günlərində sərinləmək üçün bəzən fərqli şeylər axtarırıq. Milkshake də bunlardan biri olar.


İsti yay günlərində sərinləmək üçün bəzən fərqli şeylər axtarırıq. Milkshake də bunlardan biri olar. Hər zaman restoranlarda sifariş etdiyimiz Milkshakelər karantin günlərində axtardığımız sərinləşdirici içkilərdən biridir. Bu resept bizim köməyimizə çatacaq.

İçindəkilər

  • 1.5 stəkan vişnə;
  • 1 su stəkanı vanilyalı dondurma; 
  • yarım stəkan süd;
  • krem şanti;
  • əlavə 1 stəkan süd.

Hazırlanışı

1 paket krem şantini 1 stəkan südlə hazırlayaq (qarışdıraq).

1.5 stəkan vişnəni, 1 stəkan dondurmanı və yarım stəkan südü mikser köməyi ilə qarışdıraq.

Stəkanın 3/4-ün doldurduqdan sonra içinə 3-4 ədəd buz atırıq. Üzərinə hazırladığımız krem şantini əlavə edirik. Şokolad sevirsinizsə əridilmiş şokolad əlavə edə bilərik. Nuş olsun.

Dondurma reseptimizlə bu yazımızdan tanış ola bilərsiniz: Evdə necə dondurma hazırlamaq olar?


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

2 Şərh