Evdə dönər hazırlamaq çətin deyil: toyuq dönər resepti

Dönər uşaqlı-böyüklü hamının sevdiyi bir ləzzətdir. Lakin sağlığımız üçün küçədə satılan dönərləri yemək tövsiyyə olunmur. Sağlıqlı toyuq dönəri evdə çox asanlıqla hazırlaya bilərik. Detallar yazımızda.


Evdə toyuq dönər hazırlanması

Dönər uşaqlı-böyüklü hamının sevdiyi bir ləzzətdir. Lakin sağlığımız üçün küçədə satılan dönərləri yemək tövsiyyə olunmur. Küçədə yemək yerinə alacağımız bir neçə məhsulla evdə çox asanlıqla bir neçə nəfərin doya biləcəyi dönər hazırlaya bilərik. Həmdə küçədə yediklərimizdən daha sağlıqlı və təmiz. Keçək hazırlanışına.

Lazım olacaqlar

  • 4 ədəd toyuq sinəsi
  • 1 ədəd soğan
  • 1 diş sarımsaq
  • 2 yemək qaşığı qatıq
  • 2 yemək qaşığı duru yağ
  • 1 çay qaşığı pul bibər
  • 1 çay qaşığı istiot (əlavə acı sevənlər üçün)
  • 1 çay qaşığı duz
  • zövqə gör digər ədviyyatlar

Əlavə olaraq: tavada qızartmaq üçün kərə yağı və duru yağ.

Hazırlanışı

  • Toyuq sinələri yaxşıca yuduqdan sonra ortadan uzununa olacaq şəkildə 2 yerə bölürük.
  • Suyunu süzməsi üçün 15-20 dəqiqə gözləyirik.
  • Bu müddətdə soğanı və sarımsağı rəndənin kiçik gözündən keçiririk.
  • Sinə əti suyunu süzdükdən sonra onları ədviyyatlarla qarışdırmaq üçün təmiz bir qaba qoyuruq.
  • Rəndələnmiş soğan və sarımsağı toyuq sinələrinin üzərinə yaxşıca yaxırıq. 
  • Ədviyyatların qalanınıda əlavə edib qarışdırırıq.
  • Sonra strenç film üzrəinə sinələri üst üstə olacaq şəkildə qoyub strenç filmin kənarlarını iplə möhkəmcə bağlayırıq.
  • Dondurucua minimum 12 saat saxladqıdan sonra götürüb donu bir az açılandan sonra kolbasa kimi doğrayırıq.
  • Yağ əlavə olunmuş tavada ara-sıra çevirərək qızardırıq. Soyumaması üçün qızarmış tikələri tavanın bir kənarına yığa bilərik.
  • Dönər çörəyini mayonezlədikdən sonra ətləri çörəyimizə düzürük.
  • Zövqə görə üzərinə nazik doğranmış pomidor, xiyar, soğan, kahı və s. əlavə edə bilərik.
  • Son olaraq tosterdə çörəyimizi quruyana qədər qızardırıq.

Nuş olsun.

Həmçinin bax: Sobaya ehtiyac yoxdur: 15 dəqiqədə hazırlaya biləcəyiniz tavada pizza resepti

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh