Evlilik sonrası problemlər necə həll olunur?

Evlilik sonrası problemləri dözülməz hala gətirən kişilərdi yoxsa qadınlar? Evlilikdə qadınlar nə istəyir, kişilər nə istəyir? Hər iki cinsin ən çox yaptığı xətalar nələrdir? 


Evlilik sonrası problemləri dözülməz hala gətirən kişilərdi yoxsa qadınlar? Evlilikdə qadınlar nə istəyir, kişilər nə istəyir? Hər iki cinsin ən çox yaptığı xətalar nələrdir? 

Mübahisələr

Son dövrlərdə baş tutan evliliklərdə ən çox yaşanan problem gənclərin səbirsiz olması və bir-birini dinləməməsidir. Hər evlilikdə mübahisə olar, lakin hər məsələni mübahisə edəcək həddə gətirib çıxarmaq hər iki tərəfin, yaxud bir tərəfin səbirsiz olmasından irəli gəlir. Mübahisə zamanı tərəflərdən biri susmalı və mübahisə bitib sakitlik olduqdan sonra qarşı tərəflə mübahisəni yaradan səbəb haqqında sakitcə danışmağı bacarmalıdır. Yoxsa hər iki tərəf dinləmədən bir-biri ilə mübahisə edərsə o evlilik çox davam etməz.

Uşaq olmaması

Bəzi ailələrin təməli uşaq olması üzərində atılır. Lakin kişidə yaxud qadında yaranan hər hansı sağlamlıq problemləri səbəbindən uşaq olmur. Bizim cəmiyyətdə uşaq olmamasının tək səbəbi ailədə qadınlar kimi görülür və bu səbəbdən həkimə müraciətlərin böyük hissəsi qadınlar olur. Kişilər hansısa səbəblərdən həkimə müraciət etməyə çəkinirlər. Halbuki cütlüklər birlikdə həkimə müraciət etməli, problemin səbəbinin kimdən qaynaqlandığını öyrənməli və birlikdə həll yolu axtarmalıdırlar. Bu dövrdə valideyinlərin təzyiqlərindən bir-birinizi qorumağınız sizi daha da yaxınlaşdıracaq.

Seks həyatı

Seks həyatının daha maraqlı olması hər iki tərəfin arzularından biridir. Lakin bəzən cəmiyyətin seksi uşaqlıqdan pis bir şey kimi aşılaması xüsusilə qadınlar da buna qarşı çəkingənlik yaradır. Bu problemi həll etmək üçün cütlüklər birlikdə həkim, psixoloq seanslarına qatılmalı və problemi həll etməlidirlər. Amma bunu özünüzdə edə bilərsiniz. Məsələn isti gecələrinizi təkcə yataq otağı ilə kifayətləndirməyin.

Qısqanclıq

Xüsusilə kişilərin yaşadığı bir problemdir. Kişilər əksər vaxt həyat yoldaşlarının işləməsinə, tək başına harasa getməsinə, dostları ilə görüşməsinə icazə vermirlər. Bir növ öz düşüncələrində “mənə xəyanət edəcək” fikri ilə yaşayırlar. Çox yanlış yanaşmadır. Əksinə evə qapanan qadın sıxıntıdan sizə xəyanət edəcək həddə gələ bilər. Qadınları çox sıxışdırmayın. Onlara sərbəstlik verin ki, öz həyatlarını istədikləri kimi yaşaya bilsinlər. 

Maddiyyat

Cütlüklər evlənəcyi şəxsin maddi vəziyyətini bilməli və evlənib-evlənməyəcəyinə qərar verməlidir. Bəzən “sevirəm, maddiyyat boş şeydir” düşüncəsi ilə evlənənlər xəyal qırıqlığına uğrayırlar. Amma bu maddiyyat ön planda olmalıdı demək deyil. Evlənəcəyiniz şəxsin maddi durumu ailə saxlamağa imkan vermirsə sizdə işləyərək ailə büdcəsinə dəstək olaraq bu problemi həll edə bilərsiniz.

Bunada bax: Qadın niyə aldadar?

 

 

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh