Evlilikdə yaşanan cinsi problemlər hansılardır? Həlli yolları (+18)


Cinsi münasibət evliliyin əsas qanunlarından biridir. Sağlıqlı və düzgün münasibət zaman keçdikdcə evliliyin formasınıda müyyənləşdirir. Sağlıqlı və normal münasibəti olan cütlüklərdə evlilik normal axarında davam etsə də bu mövzuda problem yaşayanlar üçün eyni şeyi demək olmaz. Evliliyin ilk başlarında cütlüklərin qarşılaşacağı əsas problem bədənlərin uyğunlaşmasıdır. İlərləyən zamanda bu problem öz-özlüyündə həll olsa da bu dönəmdən sonra yeni bir problemlə qarşılaşırlar. Monotonlaşan cinsi münasibət. Evliliyin normal şəkildə davam etməsi üçün bu problemlər cütlüklər arasında həll edilməlidir.

Cinsi problemlərin səbəbləri

Yemək və su qədər təbbi bir ehtiyac olan cinsi münasibət, həyatımızın əvəzedilməz bir parçasıdır. Lakin cütlüklər arasında münasibət zamanı dialoq qurulmaması və ehtiyaclarını bir-birinə deməməsi problemlərin yaranmasına səbəb olur. Buna görədə evlilikdə cütlüklər öz problemlərini utanmadan bir-birlərinə danışmağı bacarmalıdır.

Evlilikdə yaşanan cinsi problemlərin əsas səbəbləri aşağıdakılardır.

  • Psixologi amillər;
  • Keçmiştə yaşanmış travmatik problemlər;
  • Cütlüklər arasında yaşanan anlaşmazlıqlar;
  • Fizioloji problemlər;
  • Utancaqlılq və çəkingənlik;
  • Özünə inamsızlıq;
  • Ənənəvi toplumdan qaynaqlanan problemlər.

Bu problemlər arasında böyük pay psixoloji amillərin üzərinə düşür. Psixoloji problemlər cütlüklərin bərabər şəkildə psixoloqa müraciət etməsi ilə həll oluna bilər. Lakin bizim cəmiyyətdə psixoloqa müraciət etmək normal bir şey deyilmiş kimi qarşılanır ki, buda ayrı bir problemdir.

Qadınlarda müşahidə edilən cinsi problemlər və həlli yolları

Qadınların yaşadığı cinsi problemlər bizim yaşadığımız ənənələrinə sadiq cəmiyyətdə xüsusilə daha çox müşahidə olunur. Ümumi olaraq müşahidə edilən problemlər aşağıdakı kimidir:

  • Keçmişdə yaşanan travmalar;
  • Öz bədəninə qarşı inamsızlıq;
  • Aldığı ənənəvi tərbiyyələrdən yaranan problemlər;
  • Cinsi münasibəti pisləyən, utancverici kimi qələmə verən ailə;
  • Cütlüklər arasında yaşanan anlaşmazlıqlar;
  • Utancaqlıq hissi;
  • Həyat yoldaşının qadına qarşı soyuqluğu.

Bu problemlərin böyük əksəriyyətinin həlli yuxarıda qeyd edildiyi kimi cütlüklərin fərdi və birgə şəkildə psixloqa müraciət etməkdir. Nəticədə düzgün müalicə üsulu ilə qısa zamanda bu problemlərdən qurtula bilərsiniz. Monotonlaşan münasibəti canlandırmaq üçün edəcəyiniz başqa şeylərdə var. Məsələn münasibət sırasında bir-birinizlə dialoq quraraq düzgün münasibət vəziyyətinin seçilməsi yaxud ev içində tez-tez münasibətdə olduğunuz yeri dəyişmək ola bilər.

Cinsi münasibət olmadan evlilik mümkündür? Problemlər və həll yolları


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

3 Şərh