Feminizm kişi düşmalığıdır?


Əksər qadınlar və kişilər feminizmin nə olduğunu bildiklərini düşünürlər. Daha doğrusu feminzmi bir kişi düşmanlığı kimi qəbul ediblər.

Əslində feminzm kişi düşmanlığı deyildir. Feminzm qadınların hüquqlarını tanımasına, bu hüquqların qorunması və təmin olunması üçün aparılan bir mübarizədir. Feminzm iş, ev, uşaq baxımı kimi təməl proseslərdə bərabərlikdən başlayıb taciz və təcavüzün əngəllənməsinə qədər uzanır.

Yəni femizm kişi və qadının bərabər olduğunu müdafiə etməkdir. Təkcə kişilər yox feminzmi bildiyini düşünən, feminzmin “qadın üstünlüyünə nail olmaq” uğrunda mübarizə olduğunu qəbul edən saysız qadınlar var.

Femizmin cəmiyyətə aşılanmalı olduğunun vacibliyini hər dövrdə, istənilən cəmiyyətdə görmək mümkündür. Bərabərliyi aşılamağa evimizdən, uşaqlarımızdan başlamalıyıq. Oğlanın heç vaxtdan qızdan üstün olduğunu ailədə göstərməməliyik.

Unutmayın qadın hüquqlarının təmin olunması indiki dövrdə ailədə övladlarımıza aşıladığımız tərbiyyədən asılıdır.

Bax: Dünyadakı ən qəribə seks adətləri və qadağaları (+18)


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh