Fərqinə varmadığımız fobiyalar: İnsanlarda ən çox müşahidə edilən 3 fobiya

Günlük həyatımızda yaşadığımız bəzi qorxular məntiqsiz kimi görünsə də bu qorxuları sizdən başqa yaşayan milyonlarla insan var. Bəs biz bu fobiyaların hansından əziyyət çəkirik?


Günlük həyatımızda yaşadığımız bəzi qorxular məntiqsiz kimi görünsə də bu qorxuları sizdən başqa yaşayan milyonlarla insan var. Bu yazıda geniş yayılmış və fərqində olmadan yaşadığımız 5 fobiya haqqında danışacağıq.

Sosial fobiya

Sosial fobiya dünyada ən çox yayılan fobiya növüdür. Bu fabia uşaq vaxtından lövhə qarşısında sinif yoldaşlarımızın gülünc hədəfinə çevrildiyimiz bir vaxtdan başlayır və cəmiyyət, toplum içində daima narahat olmağımıza səbəb olur.

Bəzi insanlar digər insanlar tərəfindən mühakimə olunmaqdan o dərəcədə qorxurlar ki, hətta restoranda və hər hansı kənar yerdə yemək yeməkdən çəkinirlər.

Dünyada insanların 5%-i sosial fobiyadan əziyyət çəkir.

Akrofobia-Yüksəklik qorxusu

Akrofobiyadan əziyyət çəkən insanlar nəniki hündür yerdə durmaqdan hətta liftə minməkdən belə qorxurlar. Belə insanların həyatda üzləşdiyi ən ciddi problem uzaq məsafəli səyahət problemidir. Təyyarə onlar üçün arzuolunmaz nəqliyyat vasitəsidir. Uçuş qorxusuna ayrıca olaraq Pteromerhan Fobiya da deyilir.

Klaustrofobiya-Qapalı yerdə qalmaq qorxusu

Bu qorxudan əziyyət çəkən insanlar bəzən divarların arasında sıxışıb qaldıqlarını söyləyirlər. Bu xəstəlikdən əziyyət çəkənlər gündəlik həyatlarında liftlərdən istifadə etmirlər, hətta bəzən yeraltı nəqliyyat növü olan metroya yaxud təyyarəyə minmirlər.

Dünyanın ən böyük derbiləri: Yaranma hekayələri


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh