Filmlərdəki sevişmə səhnələrinin pərdə arxası: Nələr baş verir


Sevişmə səhnələri aktyorların ən çətinlik çəkdiyi səhnələrdəndir. Bəzi aktyorlar bu səhnələrin çəkilişi zamanı çətinlik çəkdikləri üçün fərqli metodlara müraciət edirlər. Çəkilişdən əvvəl spirt qəbul edənlər, araya yastıq qoyanlar, dublyor istifadə edənlər, fərqli çəkiliş metodları ilə sevişirmiş kimi edənlər və s.

Sevişmə səhnələrinin çəkilişi zamanı baş verən hadisələr

Bəzən filmlərə rəng qatması üçün, bəzən də filmlərin baxışını artırmaq üçün çəkilən sevişmə səhnələrinin arxasında qəribə hadisələr baş verir. Bəzi məşhur filmlərdəki sevişmə səhnələrinin arxasında dayananlardan bəhs edəcəyik.

The Tudors – Henry Cavill

The Tudors

The Witcher, Superman və Justice League kimi məşhur film və seriallardan tanıdığımız Henry Cavill, sevişmə səhnələri ilə bağlı hekayələrdən bəlkə də ən maraqlısına sahibdir. Şəhvətli anların yaşandığı The Tudors serialının bir səhnəsində ereksiya olan Henry Cavill çəkiliş bitdikdən sonra bütün çəkiliş komandasından dəfələrlə üzr istəyib.

Love & Other Drugs – Anne Hathaway

Sevişmə səhnələri çəkilərkən bəzən gülməli hadisələrdə baş verir. Anna Hathaway’ın, Donnie Darko filmindən tanıdığımız  Jake Gyllenhaal ilə birgə baş rolunda yer aldığı Love & Other Drugs filminin bir səhnəsində, geyindiyi paltonu çıxardaraq çılpaq olması lazımdır. Roluna o qədər hazırlaşıb ki, filmin çəkildiyini düşünən gözəl aktrisa çəkiliş məşqi edərəkən bütün çəkiliş qrupu qabağında çılpaq qalıb. 

Game Of Thrones – Emilia Clark

Khalesi Daenerys Targaryen və Khal Drogo arasındakı sevişmə səhnəsi ən çox səs gətirən səhnələrdən biridir. Əslində çəkilişlər normal davam edirmiş, ta ki, zarafatcıl xarakteri ilə tanınan Jason Momoa standart bir örtük yerinə böyük və çəhrayı rəngdə corab istifadə etməsinə qədər. Emilia Clark bu səhnə üçün “Çəhrayı rəngdə corabı görəndə nə edəcəyimi bilmədim”  

Robert Pattinson – Maps to the Stars

Twilight filmi ilə məşhurlaşan Robert Pattinson, sevişmə səhnələrində tez-tez yer alırdı. Ancaq Maps To The Stars filmində Julianne Moore ilə çəkiləcəyi sevişmə səhnəsində çətinlik yaşayıb. Aktyor, səhnənin çəkilişi zamanı tərləməyə başlayıb. Hətta alnından düşən tərləri tutmaq üçün də bir xeyli cəhd edib. Robert Pattinson tərləməsini görən Julianne Mooren “Panik atak yaşayırsan” sözlərinidə özü üçün utanc verici hesab etmişdi. 

Jennifer Lawrence – Passengers

Bu hekayə Hunger Gamesin oxçusu Katniss Everdeen haqqındadır. Chris Pratt ilə baş rollarını bölüşdüyü Passengers filminin çəkilişi zamanı Jennifer Lawrence, sevişmə səhnəsindən sonra özünü günahkar hiss edib və bol spirt qəbul edib. Bu səhnədən sonra gözəl aktrisa hətta “Aman Allah! Mən nə etdim? Həm də evli biri ilə” sözlərinidə demişdir. 

Dünyanın ən bahalı toyları – FOTOLAR

Mənbə: burayayazdim.com


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

2 Şərh